BÖYÜK ŞƏRQİ YAPONİYA ZƏLZƏLƏSİ
- Xəbərlər
-
29.04.2013
7-ci Beynəlxalq Manqa Mükafatı haqqında elan. Hal-hazırda manqa işlərinin qeydiyyatı aparılır. O cümlədən, Səfirlik də 17 may 2013-cü il tarixinə kimi qeydiyyat aparacaq.
Əlavə məlumat üçün Səfirlik ilə əlaqə saxlaya bilərsiniz.
-
18.04.2013
17 aprel 2013-cü il tarixində, Yaponiya hökumətinin Ümumi Qrant Yardımı Proqramı çərçivəsində həyata keçiriləcək “Meliorasiya və Suvarma Avadanlıqlarının Təkmilləşdirilməsi” layihəsi üzrə mübadilə ediləcək notanın və qrant razılaşması üzrə sənədin imzalanma mərasimi keçirilmişdir. Layihənin məqsədi Azərbaycanın kənd təsərrüfat sahəsinin inkişafına və Azərbaycan xalqının rifahına töhfə verməkdir.
-
18.04.2013
15 və 16 aprel 2013-cü il tarixlərdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimləri keçirilmişdi.
1. “Oğuzun Yaqublu kəndində tibb məntəqəsinin tikintisi” layihəsi
2. “Şəmkirin Ələsgərli kəndində tibb məntəqəsinin tikintisi” layihəsi.
-
18.04.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Elmi tədqiqat aparan tələbələr üçün 2014-cü il təqaüd proqramını elan edir.
-
18.04.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Bakalavr dərəcəsi üzrə 2014-cü il təqaüd proqramını elan edir.
-
18.04.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Texnologiya üzrə kollec təhsili almaq istəyən tələbələr üçün 2014-cü il təqaüd proqramını elan edir.
-
29.03.2013
Yaponiyanın İnkişafa Rəsmi yardım Proqramı çərçivəsində həyata keçirilmiş layihə sahələrinə KİV (kütləvi informasiya vasitələrinin) nümayəndələrinin səfəri 2013-cü il martın 7-də və 13-də təşkil olunmuşdur. Martın 7-də 13 informasiya agentliyindən 19 jurnalist və operator, martın 13-də isə 11 agentlikdən 16 jurnalist və operator iştirak etmişdir. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Şusuke Vatanabe jurnalistləri səfər zamanı müşayiət etmişdir. Layihələrə baxışdan sonra jurnalistlərə Səfirin iqamətgahında ziyafət verilmişdir. Ziyafət zamanı KİV nümayəndələri səfirliyin və Yapon şirkətlərinin əməkdaşları ilə İRY (İnkişafa Rəsmi Yardım Proqramı) haqqında fikir mübadiləsi aparmışlar.
-
12.03.2013
4 və 5 mart 2013-cü il tarixlərdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı imzalama mərasimləri keçirilmişdi.
1. “Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri” layihəsi
2. “Lənkəranın Zovla kəndində tibb məntəqəsinin tikintisi” layihəsi.
-
11.03.2013
6 mart 2013-cü il tarixdə Naftalan şəhərində "Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya sistemlərinin təkmilləşdirilməsi layihəsinin” təməl qoyma mərasimi keçirilmişdir.
-
04.03.2013
27 və 28 fevral 2013-cü il tarixlərdə Bakı şəhərində “Azərbaycan – Yaponiya Peyk sektoruna həsr olunmuş seminar” keçirilmişdir.
-
15.02.2013
12 fevral 2013-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin sədr müavini cənab İbrahimov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Herevardin iştirakı ilə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə imzalama mərasimi keçirilmişdi.
-
13.02.2013
8 və 9 fevral 2013-cü il tarixlərdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində imzalama mərasimləri keçirilmişdi.
1.“Zaqatalanın Qəbizdərə və Lahıc kəndlərinin içməli su təchizatının təkmilləşdirilməsi” layihəsi
2. “İsmayıllı rayonunun Mican kəndində uşaq baxçasının tikintisi” layihəsi.
-
11.02.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr üçün 2013-cü il təqaüd proqramını elan edir.
-
11.02.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Müəllimlər üçün 2013-cü il təlim təqaüd proqramını elan edir.
-
04.02.2013
24 yanvar 2013-cü il tarixdə Azərbaycan Milli İncəsənət Muzeyində "MÜQAYİSƏLİ YAPONİYA: Müasir Yapon Memarlığı 1996 - 2006" adlı sərginin açılış mərasimi keçirilmişdi. Məşhur yapon memarları tərəfindən tikilən binaların foto şəkillərini təqdim edən sərgi 20 fevral 2013-cü il tarixinə kimi davam edəcək.
-
04.02.2013
02.02.2013-cü il tarixdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Şəki şəhərində peşə təlimi məktəbinin binaslnln təmiri” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdi.
-
04.02.2013
01.02.2013-cü il tarixdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Hacıqabulun Abdulabad kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilmişdi.
-
31.01.2013
Azərbaycan Milli İncəsənət Muzeyində 20 fevral 2013-cü il tarixinə kimi "MÜQAYİSƏLİ YAPONİYA: Müasir Yapon Memarlığı 1996 - 2006" adlı sərgi keçirilir.
yuxarı
- Bütün xəbərlər - 2013 - 2012 - 2011 - 2010 - 2009 - 2008 - 2007 - 2006