

|
Əlahəzrət İmperatorun Taxta Çıxmasının 20-ci İldönümü |

Saray günorta yeməyi
(Rensui (Yemək Otağı) İmperator Sarayı)
(Şəkil: İmperator Saray Agentliyi)
7 yanvar 1989-cu il tarixdə İmperator Hirohitonun (ölümündən sonra İmperator Şova adlanan) vəfatından sonra Əlahəzrət İmperator Akihito Yaponiyanın 125-ci İmperatoru kimi taxta çıxmışdır. Taxta çıxma mərasimi 1990-cı ilin 12 noyabr tarixində İmperator Sarayında keçirildi. Mərasimə xarici monarxlar, dövlət başçıları və iki beynəlxalq təşkilatın başçısı daxil olmaqla 158 ölkənin nümayəndələri təşrif buyurmuşdular.
Bu ilin 7 yanvar tarixi Əlahəzrət İmperatorun Taxta Çıxmasının 20-ci ildönümü kimi qeyd olunur. Yaponiyanın Xarici İşlər Nazirliyi daxil olmaqla aidiyyəti nazirliklər və təşkilatlar Əlahəzrət İmperatorun Taxta Çıxmasının 20-ci ildönümünü təntənəli sürətdə qeyd etmək üçün bir sıra tədbirlər təşkil etməyi planlaşdırırlar.
Fürsətdən istifadə edərək, xarici ölkələr ilə dostluq münasibətlərini irəli sürmək məqsədi ilə İmperator Ailəsinin həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat vermək istərdik.
Əlahəzrət İmperator daxil olmaqla İmperator Ailəsi başqa ölkələrə səfərləri ilə və xarici monarxları və prezidentləri qəbul edərək beynəlxalq səviyyədə mehriban münasibətləri irəli sürmək imkanını yaradır.
Onlar həmçinin xaricdən olan digər yüksək mənsəb sahiblərini və aparıcı şəxsləri qəbul edirlər, xarici ölkə başçıları ilə yazışmalar aparır və teleqramlar göndərirlər, bayram və ya hüzn münasibəti ilə xarici ölkələrə nümayəndəliklər göndərirlər, Yaponiyada yerləşən diplomatik missiyaların nümayəndələrini qəbul edirlər.
Dövlət Nümayəndə Heyətlərinin Qəbulu

Təntənəli Nahar
(Homei-Den (Əsas Ziyafət Zalı), İmperator Sarayı)
(Şəkil: İmperator Saray Agentliyi)

Dövlət qonaqlarının salamlanması
(Akasaka Sarayının Əsas Qonaq Evi)
(Şəkil: İmperator Saray Agentliyi)

İmperatorun Rəsmi Qəbulu
(Take-no-Ma (Rəsmi Qəbul Otağı), İmperator Sarayı)
(Şəkil: İmperator Saray Agentliyi)
Rəsmi Nümayəndə Heyətlərinin Qəbulu Rəsmi İşgüzar Nümayəndə Heyətlərinin Qəbulu
Etimadnaməni Təqdim Etmə Mərasimi Rəsmi Qəbul

Etimadnaməni Təqdim Etmə Mərasimi
(Matsu-no-Ma (Əsas Otaq), İmperator Sarayı)
(Şəkil: İmperator Saray Agentliyi)

Rəsmi Qəbul
(Take-no-Ma (Rəsmi Qəbul Otağı), İmperator Sarayı)
(Şəkil: İmperator Saray Agentliyi)
Yaponiyada Yerləşən Diplomatik Missiyaların Qəbulu

Qoryo Bokujyo
(İmperator Maldarlıq fermasi)
(Şəkil: İmperator Saray Agentliyi)

Ördəklərin torla tutulmasından sonra
azadlığa buraxılması
(Vəhşi ördəklərin İmperator qoruğu)
(Şəkil: İmperator Saray Agentliyi)
Xarici Ölkələrə Səfərlər

Avropaya yola düşmə
(Tokio Beynəlxalq (Haneda) Aeroportu)
(Şəkil: İmperator Saray Agentliyi)
|
2009 |