Yapon Filmləri Həftəsinin keçirilməsi haqqında məlumat
2016/2/16
Keçirildiyi tarix: 19-23 fevral, 2016
Keçirildiyi yer: Nizami Kino Mərkəzi
★ Giriş pulsuzdur.
★ Səslənmə: Yapon dili
Alt yazı: Azərbaycan dili
Nümayiş olunacaq filmlər aşağıdakılardır:
1. "Söz bağçası" 19 fevral (cümə) / 19:00
1. "Kikinin çatdırma xidməti"20 fevral (şənbə) / 19:00
3. "Nabinin sevgisi" 21 fevral (bazar) / 19:00
4. "Yay gecəsində yuxu" 22 fevral (bazar ertəsi) / 19:00
5. "Xöşbəxtlik çörəyi" 23 fevral (çərşənbə axşamı) / 19:00
Yaponiya 2013,46 dəq.
Rejissor:Makoto Şinkai
Gələcəkdə ayaqqabı dizaynı ilə məşğul olmaq istəyən Takao hətta yağış günlərində məktəbdən qalmamağa çalışır. Yağış yağanda Takao yapon bağında qalaraq ayaqqabı eskizlərinin cızır. Bir yağışlı gün Takao bağda Yukino adlı özündən yaşca böyük görünən hanım ilə tanış olur. Yukino və Takao həmin gündən sonra tez-tez bağda görüşüb, yüngül mözvülar ətrafında söhbət edirlər, lakin həmin görüşlər yalnız yağışlı günlərdə baş tutur. Vaxt ötdükcə onlar bir-birinə daha yaxın olurlar, lakin yaxın zamanda yağış mövsümü bitməlidir.

Yaponiya 1989, 104 dəq.
Rejissor:Hayao Miyazaki
Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrılaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugar olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir. İlk gündə bir dükandakı qadına kömək edərkən elə həmin qadının yanında yaşamağa və istədiyi işi görməyə başlayan Kiki, bu şəhərdə dostlarda qazanır. Lakin bir gün xəstələndikdən sonra uçmaq gücünün itdiyini anlayır və gücünü yenidən qazanmaq üçün dostu ilə birgə bir müddət şəhərdən aralanaraq meşəyə gedir. Ancaq digər dostunun həyatı üçün təhlükə yarananda nə edəcəyini bilməyən Kiki, bu işlərin arasında bir də onu xilas etməyə çalışacaq.

Yaponiya, 1999, 92 dəq.
Rejissor:Yuci Nakae
“Nabinin sevgisi” filmi iki qocanın sevgisindən bəhs edir. 60 ildən çox davam edən Nabinin sevgi macərası ilə Nanakonun romantik hekayəsinin qovuşması. Filmin süjeti Okinava adasının mənzərəli yerlərində cərəyan edir. Sanranın Nabidən ayrılıb, adadan köçdüyü gündən 60 il ötüb. İndi onlar yenə də bir-birinə qovuşublar və onların isti münasibətlərini Nabinin nəvəsi Nanako böyük maraqla izləyir. Şəhər həyatından bezmiş 25-yaşlı Nanako uzun fasilədən sonra Okinava adasına qayıdır. Okinavaya yola düşən gəminin kapitanı onun uşaqlıq dostu Kencidir. Nanako düşündüyü kimi limanda onu nənəsi ilə babası qarşılayır. Nanako ilə eyni gəmidə, nənəsinə cavan yaşlarında evlənməyə söz verən Sanra da Okinavaya gəlir. Nənə çox həyəcanlıdır. Eyni zamanda kəndin başçıları olanları eyib sayıb, Sanranı sürgün etmək qərarına gəlirlər.
Yaponiya, 2009, 105 dəq.
Rejissor: Yuci Nakae
Yuriko evli kişi ilə münasibətlərdən yorulub. O, Tokionu tərk edir və Okinava adasında yerləşən Yuqafuya, ana yurduna qayıdır. Evli kişi Yurikonun ardınca kiçik adaya yollanır. Eyni zamanda, evli kişinin həyat yoldaşı həmin adaya gəlir. Cütlük müxtəlif çətinliklərlə üzləşir....
Yaponiya 2011, 114 dəq.
Rejissor: Yukiko Mişima
Film Hokkaidoda yerləşən şirniyyat kafesində baş verən hadisələrdən və həmin kafe sahiblərinin gündəlik həyatlarından söhbət açan ürəkürpəşdirici dramadır. Həmin filmdə ilin hər bir fəslini təsvir edən səhnələr, eyni zamanda müxtəlif şirniyyatların hazırlanma prosesi səhnələri öz əksini tapmışdılar.

«Söz bağçası»

«Kikinin çatdırma xidməti»

«Nabinin sevgisi»

«Yay gecəsində yuxu»
Yaponiya, 2009, 105 dəq.
Rejissor: Yuci Nakae
Yuriko evli kişi ilə münasibətlərdən yorulub. O, Tokionu tərk edir və Okinava adasında yerləşən Yuqafuya, ana yurduna qayıdır. Evli kişi Yurikonun ardınca kiçik adaya yollanır. Eyni zamanda, evli kişinin həyat yoldaşı həmin adaya gəlir. Cütlük müxtəlif çətinliklərlə üzləşir....
«Xoşbəxtlik çörəyi»