Yaponiyanın məşhur Şakuhaçi ifaçısı Yosuke İrienin konserti


14 sentyabr (cümə) saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində ənənəvi yapon musiqisi ifaçısı Yosuke İrienin şakuhaçi musiqi alətində ifasından ibarət konsert keçiriləcəkdir. (Şakuhaçi bambukdan hazırlanmış nəfəs musiqi aləti olub, Yaponiyada qədim dövrlərdən bəri ifa olunur).
Yapon musiqisini dinləyə bilcəyiniz gözəl şans olduğu üçün tədbir haqqında məlumatı bütün maraqlanan dostlarınız ilə bölüşməyinizi xahiş edir və sizin hər birinizin iştirakını gözləyirik.

<İfaçı haqqında məlumat>
●Yosuke İrie:     http://irieyosuke.com/
Videolar:https://www.youtube.com/user/heavycasket/videos 
Touzan məktəbinin ustadı, şakuhaçi müəllimi. Nənəsi şakuhaçi, anası koto ustadı olub, sənətçi ailəsində böyüyüb boya-başa çatmışdır. Toho Qakuen Kollecinin Musiqi departamentinin musiqi ixtisası üzrə məzun olmuşdur. “Yapon Ənənəvi musiqi konserti, solo ifa” üzrə 1-ci yerə sahibidir.

İndiyədək olan əsas çıxışları: Amerikada dövlət tədbiri, Vatikan Rəsmi Əməkdaşlıq tədbirində çıxış, Fransa prezidentliyinə namizəd xanım Le Pein iştirak etdiyi konsert, Kral ailəsini Salamlama konserti,  YUNESKO-nun tədbiri, G20 Sammitinə həsr olunmuş tədbir və s.

<Konsert haqqında məlumatlar>
※Giriş sərbəstdir və pulsuzdur. Rezervasiyaya ehtiyac yoxdur.

Tarix: 14 sentyabr (cümə) saat 19:00~ (təxminən 1 saat davam edəcəkdir.)
Məkan: Beynəlxalq Muğam Mərkəzi
Ünvan: Səbail rayonu, Neftçilər prospekti 9, Bakı

※ Konsert zamanı aparıcıların nitqləri azərbaycan dilində və musiqiçi tərəfindən musiqilərə olacaq izahatlar və s. yapon dilindən azərbaycan dilinə tərcümə ilə olacaqdır.

※Konsertin proqramına əsasən Yosuke İrienin öz bəstəsi və yapon ənənəvi musiqilərindən ibarət ifa daxil olunması planlaşdırılır.
➀ (Ephemeral Ocean) “Əbədi olmayan dəniz” 
➁ (Rapid Crimson) “Tez qırmızılaşma”
(3) (Tell the wings) “Qanadlara de”
(4) (Rune Destiny) “Run taleyi”
(5) (Nesting Crane) “Durnanın yuva qurması”(müəllif naməlumdur)
(6) (Phenomenon of the Earth) “Yer kürəsindəki hadisələr”
(7)(God of Samurai) “Samuray tanrısı”
((5)-ci musiqidən başqa bütün musiqilər Yosuke İrienin öz bəstəsidir)

<Xüsusi qeydlər>
・Nəzərinizə çatdırmaq istərdik ki, konsert zamanı tamaşaçı qismində sizin şəkilləriniz çəkilə bilər və çəkilmiş şəkillər səfirliyimizin rəsmi internet səhifəsinə və ya səfirliyimiz tərəfindən nəşr olunan xəbər jurnalına yerləşdirilə bilər.