1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətləri siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olmuşdur. 2022-ci ildə isə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tamam olacaqdır.
"Dostluq İli" iki ölkə üçün əhəmiyyətli olan həmin ilin "Yaponiya-Azərbaycan Dostluq İli" olaraq təntənəli şəkildə qeyd olunması, Azərbaycanda və Yaponiyada iki ölkə arasında müxtəlif mədəniyyət sahələri üzrə mübadilə və insan resurslarının qarşılıqlı mübadiləsinin inkişaf etdirilməsi ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün adılan addımlardandır.
Loqo Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyini əks etdirir. Loqodakı günəş bayrağındakı qırmızı rəngli günəşə istinadən Yaponiyanı, alov dilimlərindəki rənglər isə Azərbaycan bayrağının rənglərinə və “Odlar Yurdu” anlamına əsasən Azərbaycanı təsvir edir. Eyni zamanda, loqoda günəşin alovlanma qrafikası Azərbaycanla Yaponiya arasında münasibətlərin “alovlandığı”, yəni daha da inkişaf etdiyi anlamına gəlir.
Seçilmiş sloqan və loqo 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaqdır.
Sloqanda əks olunan məna: “Günəş” Gündoğar ölkə kimi tanınan Yaponiya, “Alov” isə Odlar Yurdu Azərbaycanı ifadə etmiş olur. “Günəşimiz” (Bizim Günəşimiz) ifadəsi isə, Dostluq İlində azərbaycanlılar üçün Yaponiyanın daha da yaxın ölkə olması arzusunu özündə əks etdirir.
Səfirliyimiz “Dostluq İli” olacaq bu önəmli ili daha çox insanla birgə qeyd etmək, iki ölkə arasındakı münasibətləri daha yüksək pilləyə qaldırmaq üçün müraciətlərə nəzər salaraq, uyğun gələcək tədbirlərin “Yaponiya-Azərbaycan Dostluq İli” Yubiley tədbirləri adı altında keçirilməsinə razılıq verərək qeydə alınmasını həyata keçirməyi planlaşdırır. Qəbul ediləcək tədbirlərin təbliğat materialları (poster, buklet, veb səhifə, reklam lövhəsi, banner və s.) üçün “Yaponiya-Azərbaycan Dostluq İli 2022” adının və loqosunun istifadəsi mümkün olacaqdır. Eyni zamanda, qəbul ediləcək tədbirin adı və onun haqqında məlumat “Dostluq İli” ilə bağlı xüsusi veb səhifəmizin “Tədbirlər kalendarı” hissəsində yayımlanacaqdır.
Müraciət üçün qaydalar