AZ
Geri qayıt

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Rəsmi Mərasim və Caz Konserti

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu  ildönümü münasibətilə Rəsmi Mərasim və Caz Konserti

7 sentyabr tarixində Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın Azərbaycan Respublikasının təşkilatçılığı ilə “Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş Rəsmi mərasim” və “Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş Caz Konserti” tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan dövlət rəsmiləri, Yapon şirkət nümayəndələri, Yaponiya ilə Azərbaycan əlaqələrinə töhfə vermiş çoxsaylı dövlət və özəl qurumların nümayəndələri iştirak etmişlər.

Rəsmi hissə səfir Vada Cüniçi, Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev ilk açılış nitqləri ilə başlamışdır. Daha sonra,  ikitərəfli əlaqələrin inkişafına böyük töhfə vermiş Sato Mitsuyuki (“Şimal” istilik elektrik stansiyasının inşası üzrə keçmiş layihə meneceri), Məlahət İbrahimqızı (Millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü, “Lider qadınlar İctimai Birliyinin” rəhbəri), Kanai Akio (həkim- optometrist, Fuji Optik şirkətinin rəhbəri), Nuray Rəsulzadə (Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, Uzaq Şərq Dilləri və Ədəbiyyatı Kafedrasının Yapon dili ixtisasının 4-cü kurs tələbəsi )şəxslərin çıxışları və videolar ilə davam etmişdir.

Rəsmi hissənin ardınca diplomatik əlaqələrin 30-cu ildönümü yubiley tədbiri üçün Azərbaycana gəlmiş Yaponiyanın məşhur caz ifaçısı Yamamoto Kyokonun ifasında kiçik “Dostluq İli Caz Konserti” baş tutmuşdur. Yamamoto Kyokonu Azərbaycanın məşhur Muğam musiqiçiləri müşayiət edərək, iki ölkənin elementlərini birləşdirən gözəl musiqi nömrələri ifa etmişlər.

Növbəti gün, 8 sentyabr tarixində “Yaponiya-Azərbaycan Əlaqələrinin 30-cu İldönümünə” həsr olunan Yamamoto Kyokunun solo caz konserti də baş tutmuşdur. Konsertdə Yamamoto Kyokonun əksər mahnıları Muğam Mərkəzinin professional musiqiçiləri tərəfindən müşayiət olunmuş, gözəl sintez və kompozisiyalar göstərilmişdir. Yamamoto Kyoko qonaqlara “Gül” və s. kimi məşhur yapon mahnıları ilə birgə, sürpriz olaraq “Ay Laçın”, “Bana bana gel” və “Sarı gəlin” kimi məşhur Azərbaycan mahnılarını da ifa etmiş və bütün zal təşəkkür hissi ilə ayaqda alqışlamışdır.

Ətraflı

  • Başlama vaxtı

    Sentyabr 7
  • Bitmə vaxtı

    Sentyabr 7
  • Məkan və Ünvan