AZ
Geri qayıt

Yaponiyanın tammetrajlı animasiya filmi-“Hava övladı” nümayiş olunmuşdur

Yaponiyanın tammetrajlı animasiya filmi-“Hava övladı” nümayiş olunmuşdur

10 sentyabr tarixində Bakının Nizami kinoteatırında Yaponiyanın məhşur tammetrajlı animasiya filmi “Hava övladı” nümayiş olunmuşdur. Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etmək ərəfəsində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Yaponiya Fondunun dəstəyi ilə “5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı” təşkil olunmuş və festivalın proqramı çərçivəsində qeyd olunan film nümayiş edilmişdir.

Qeyd etmək istərdik ki, “Hava övladı” filminə böyük maraq göstərilmiş və bütün biletlər satılmışdır.

“5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı” haqqında ətraflı məlumat  
 

Ətraflı

  • Başlama vaxtı

    Sentyabr 10
  • Bitmə vaxtı

    Sentyabr 10
  • Məkan və Ünvan