“2022 Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri baş tutmuşdur

18 fevral 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə “2022 Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Bakıda yerləşən Kimya-Biologiya təmayüllü Respublika Liseyində “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur.
Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ilə birgə, online şəkildə tədbirə qoşulmuş Hitachi Hightech şirkəti İdarə Heyətinin sədri Taniquçi Masahiro qonaq qismində iştirak etmişdir.
Dərsdə cəmi 60 nəfər Kimya-bilogoya təmayüllü Respublika liseyinin 7-ci sinif şagirdləri iştirak etmişlər. Online dərsdə ilk öncə Hitachi Hightech Moskva ofisinin əməkdaşları “Elektron mikroskopu istifadə etməklə həşəratların mikroquruluşuna nəzər salaq” mövzusunda mühazirə keçmiş, daha sonra şagirdlər öyrəndikləri yeni biliklərə əsaslanaraq, Hitachi Hightech Tokio ofisində yerləşən elektron mikroskopu məsafədən idarə etmək şansı əldə etmişlər.
Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.
Bundan sonra eyni tədbirin daha 3 məkanda (Bakı (digər təhsil müəssisəsi), Şamaxı və Şəki) keçirilməsi planlaşdırılır.
Ətraflı
-
Başlama vaxtı
Fevral 18 -
Bitmə vaxtı
Fevral 18 -
Məkan və Ünvan