AZ
Geri qayıt

“Naoki Hanzava” teledramın materiallarının Xəzər TV-yə təqdim etmə mərasimi

“Naoki Hanzava” teledramın materiallarının Xəzər TV-yə təqdim etmə mərasimi

25 fevral 2022-ci il tarixində səfir Vada Cüniçi Xəzər Media Mərkəzinə baş çəkmiş, Yapon Fondunun  təşkil etdiyi “ Yapon teleproqramlarının xaricdə yayımlanması” layihəsi çərçivəsində “Naoki Hanzava” adlı yapon teledramın materiallarının təqdim etmə mərasimi keçirilmişdir. Mərasimin rəsmi hissəsindən sonra Xəzər Media Mərkəzinin rəhbəri Murad Dadaşov səfiri mərkəzlə tanış etmiş, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılmışdır.
Yaponiyada ən yüksək tamaşaçı reytinqinə sahib olan Jun İkeydonun “Naoki Hanzava silsiləsi” romanı əsasında hazırlanmış “Naoki Hanzava” teledramı Azərbaycan dilinə dublaj edilərək Xəzər TV-də yayımlanacaqdır. Bununla Azərbaycan xalqının Yaponiyanın unikal iş dünyası ilə tanış olacağına ümid edilir. Yayım cədvəli daha sonra açıqlanacaqdır.
Yaponiya Səfirliyi Azərbaycanda yapon mədəniyyətinin təbliği məqsədi ilə qeyd olunan media mərkəzi ilə gələcəkdə də əməkdaşlıq etməyi düşünür.
 
Yapon Fondu “ Yapon teleproqramlarının xaricdə yayımlanması” layihəsi haqqında ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.

 Xəzər TV-də yayımlanmış tədbirin görüntülərini bu linkdən keçid edərək izləyə bilərsiniz.

Ətraflı

  • Başlama vaxtı

    Fevral 25
  • Bitmə vaxtı

    Fevral 25
  • Məkan və Ünvan