“Nara Şam Cəmiyyətinin” təqdimatında Bakıda Şam Festivalı

10 sentyabr tarixində Bakının Nizami bağında Nara Şam Cəmiyyətinin təqdimatında Şam Festivalı təşkil olunmuşdur.
Saat 19:00-dan-22:00-a qədər Yaponiyanın Nara prefekturasından gəlmiş Nara Şam Cəmiyyəti üzvləri və şamların yandırılmasında əməkdaşlıq edən könüllülərin köməyi ilə Nizami bağında 2000 ədəd yapon şamı yandırılmış, çoxsaylı şəhər sakinləri və turistlər hüzurlu gecədə yanan alovların əsrarəngiz mənzərəsindən zövq almışdır.
Nara Şam Festivalı hər ilin avqust ayında 1300 il öncə paytaxt kimi çiçəklənən Yaponiyanın Nara şəhərində 1999-cu ildən bəri təşkil edilir. Qədim paytaxt şəhər Nara şam işığına qərq olur və insanların qəlbində xoş duyğular yaradır.
Ətraflı
-
Başlama vaxtı
Sentyabr 10 -
Bitmə vaxtı
Sentyabr 10 -
Məkan və Ünvan