Bakı Yapon Filmləri Festivalı haqqında məlumat

2017/1/19
Tarix:27 (cümə)- 29 yanvar (bazar günü), 2017-ci il
Məkan:Landmark Kinoklub(Ünvan: Nizami küçəsi 90 A, Bakı AZ1010, Landmark ,- 1 –ci mərtəbə)

※Giriş pulsuzdur.(Film nümayiş olunan gün birinci gələn şəxslər birinci olaraq içəri buraxılacaq)
Zalın tutumuna görə, tamaşaçı sayı çox olarsa nümayişə buraxılmaqdan imtina oluna bilər.
※Filmlərin səslənməsi yapon dilində, alt yazı Azərbaycan və yalnız bir seansda ingilis dilində olacaq)

Festivalın posterinə buradan baxa bilərsiniz.

Filmlərin nümayiş cədvəli


27 yanvar (Cümə)
19:00 Seans 1: “Sən yaxşı uşaqsan” (ingilis dilində alt yazı,121 dəq.)
  ※Ancaq dəvətlilər üçün nəzərdə tutulub.

28 yanvar (şənbə)

13:00 Seans 2: “Sən yaxşı uşaqsan” (Azərbaycan dilində alt yazı,121dəq.)
16:00 Seans 3: “Məktub” (Azərbaycan dilində alt yazı, 121dəq.)
19:00 Seans 4: “Çevrəmizdəkilər” (Azərbaycan dilində alt yazı,142dəq.)

29 yanvar (bazar günü)

13:00 Seans 5: “Pekorosun anası ilə görüş” (Azərbaycan dilində alt yazı,113dəq.)
16:00 Seans 6: “Məktub” (Azərbaycan dilində alt yazı, 121dəq.)
19:00 Seans 7: “Kaitan şəhərinin əhvalatları” (Azərbaycan dilində alt yazı,152dəq.)

Filmlər haqqında məlumat
 
1.Sən yaxşı uşaqsan
Film direktoru:O Mipo
İstehsal ili:2015-ci il,121dəq.
 
Okano Sakuraqaoka orta məktəbində  karyerasına yeni başlamış müəllimdir. Şagirdlər ciddi,lakin qətiyyətsiz xaraktera malik və problemlərlə birbaşa qarşılaşa bilməyən Okanonun sözünə qulaq asmırlar. Eyni zamanda sevgilisi ilə də araları yaxşı deyildir.
Yoldaşı xaricdə işlədiyinə görə Masami 3 yaşlı qızı Ayane ilə təklikdə yaşayır. Masami özü də uşaq vaxtı valideynləri tərəfindən pis rəftara məruz qaldığı üçün evdə arabir Ayaneyə əl qaldırır.
Akiko məktəb yolunda yoxuşdakı evdə  təhna həyat sürən yaşlı qadındır və yüngül əqli çatışmamazlığı vardır. Bu film  eyni şəhərdə yaşayan ayrı-ayrı şəxslərin müxtəlif  məqamlarda qarşılaşması, bir-birinə dəstəyi və xeyirxahlığı ilə yeni imkanların açılması və problemlərin həll olunmasından bəhs edir.Müxtəlif ailələrdə həlli tapıla bilməyən məsələlərə digər xeyirxah şəxslərin dəstəyi sayəsində daha da gözəl cəmiyyət yarana bilməsi təsvir olunur.

                                                           

2.Məktub
Rejissor:Şono Ciro
İstehsal ili:2006-cı il,121dəq.

Ailənizdə cinayətkar olarsa, nə edərdiniz? Bu film çox sevdiyi qardaşının həyatını xilas etmək üçün cinayət törətmiş gəncin öz fikirlərini məktubda yazmaqla yenidən ayağa qalxa bilməsi, həyatı sevməyi və ona bağlanmağa çalışdığı zaman keçirdiyi hisslərdən bəhs edir.

                                                    

3.Çevrəmizdəkilər
Rejissor:Haşiquçi Ryosuke
İstehsal ili:2003-cü il,142dəq.
 
Nəşriyyatda çalışan dəqiq və məsuliyyətli xarakterli Şyoko həyatı öz axarı ilə yaşayan “azad xarakterli” Kanao ilə evlidir. Məhkəmə proseslərində baş verənləri kütləvi informasiya vasitələrinə ötürən məhkəmə rəssam kimi çalışan Kanao ibtidai məktəb şagirdinin bıçaqlanması  və ya dini qruplaşmanın vəhşicəsinə törətdiyi kütləvi ölüm hadisəsi kimi qorxunc hadisələrlə qarşılaşır. Kanao yeni doğulmuş ilk uşağını itirmiş və getdikcə halı pisləşən Şyoko ilə çaşqınlıq hissi keçirsə də ona dəstək olmağa çalışır. Film sonda bu cütlüyün xoşbəxtliyə qovuşması ilə bitir.

                                          

4.Pekorosun anası ilə görüş   
 Rejissor:Azuma Morisaki
Istehsal ili:2013-cü il,113dəq.
 
Boşanmış Yuiçi yapon manqa və musiqidən zövq alan şirkət işçisidir. Anası Mitsue Alzheimer xəstəliyindən əziyyət çəkdiyi üçün öncə tərəddüd etsə də, onu baxım mərkəzinə yerləşdirir. Baxım mərkəzində müxtəlif şəxslərlə maraqlı vaxt keçirməklə Mitsuenin yaddaşı yavaş-yavaş geri qayıtmağa başlayır.  
                                     

5.Kaitan şəhərinin əhvalatları
Rejissor: Kazuyoşi Kumakiri
İstehsal ili:2010-cu il,152dəq.
 
Film tramvayların hərəkət etdiyi kiçik əyalət şəhərciyində yaşayan müxtəlif insanların həyatında baş verən sevinc və kədər dolu hadisələrdən bəhs edir. İşdən çıxarılmış Futa öz kiçik bacısıyla birgə Yeni il günü ilk günəşin çıxmasını izləmək üçün dağa qalxmaq qərarına gəlir. Həmin şəhərin digər sakini Haruo ailəsindən miras qalmış qaz şirkətini uğurla idarə edə bilmədiyi üçün acıqlıdır.