2021-ci il 5 dekabr Yapon dili Səviyyə İmtahanı (JLPT) haqqında məlumat

2021/8/30
Bu il Yapon dili Səviyyə İmtahanı (JLPT) 5 dekabr, 2021-ci il (bazar günü) keçiriləcəyi planlaşdırılır.
 
Ətraflı məlumat ilə aşağıda tanış ola bilərsiniz:
 
Əlavə məlumat almaq istəyənlər JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərlər:
 
E-mail: jlptazerbaijan@gmail.com
Facebook URL: https://www.facebook.com/JLPTazerbaijan/
 
  1. İmtahan üçün müraciət
İmtahan üçün ərizə vərəqəsini əldə etmək istəyənlərin nəzərinə!
 
İmtahan üçün ərizə vərəqəsinin qiyməti 1 AZN təşkil edir.
 
Satış müddəti 06.09.2021 – 17.09.2021 (bazar ertəsi~ cümə) Qeyd: şənbə və bazar istirahət günləridir)
(06.09.2021~ 10.09.2021 və 13.09.2021~ 17.09.2021)
 
Ərizə qəbulu saatları saat 11:00–15:00
Satış məntəqəsi Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi1033, Hyatt Bina III, 5-ci mərtəbə
 
2. Müraciət qaydası və lazımı sənədlər
1) Doldurulmuş ərizə vərəqəsi
2) İki ədəd 3x4 sm fotoşəkil
3) İmtahan ödəniş haqqı
 
Yuxarıda sadalanan sənədləri hazırlayaraq, aşağıda qeyd olunanünvana təqdim etməyiniz xahiş olunur. Bildirmək istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.
 
N1: 20 AZN
N2: 20 AZN
N3: 15 AZN
N4: 15 AZN
N5: 15 AZN
 
*Qeyd 1: 2021-ci il dekabr ayında keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayan müraciətçilərin müraciəti sərhədlərin bağlı olması səbəbindən hal-hazırda qəbul olunmur. Sərhədlər açıldıqdan sonra xarici vətəndaşlar üçün də sənəd qəbulunun mümkün olub-olmaması haqqında məluma tbildiriləcəkdir.
 
*Qeyd 2: Yeni koronavirusun yayılması və ya digər fövqəladə hallar səbəbindən imtahanın ləğv olunması halı baş verə bilər. Bunu öncədən nəzərə almağınızı xahiş edirik.
 
Sənəd qəbulu müddəti 6 sentyabr, 2021-ci il (bazar ertəsi) – 17 sentyabr, 2021-ci il (cümə) tarixinədək (Şənbə və Bazar istirahət günləridir).
Qəbul saatları 11:00-15:00
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi1033, Hyatt Bina III, 5-ci mərtəbə
 
3. İmtahan proqramı:
İmtahan günü: 2021-ci il 5 dekabr (bazar günü)
İmtahan vaxtı: saat 12:00-dan – 16:00-dək
İmtahan yeri: Bakı Dövlət Universiteti
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 23