“VA-LİQA” ənənəvi yapon musiqisi qrupunun Yay turu 2017
2017/6/16
“VA-LİQA” ənənəvi yapon musiqisi qrupunun Yay turu 2017
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Mədəniyyət və Məlumat şöbəsi
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi aşağıda adları qeyd olunmuş qurumlarla birgə 28 iyun (çərşənbə)- 30 iyun (cümə) tarixlərində tsuqaru samisen (simli musiqi aləti), şinobue (nəfəs aləti), vadaiko (zərb aləti) və şişimai (şir rəqsi) ifaçılarından ibarət yapon ənənəvi musiqi “VA-LİQA” qrupunun konsertini təşkil edəcəkdir. “VA-LİQA” qrupu aşağıda qeyd olunmuş tarixlərdə konsertlər (Şəki və Bakıda) və təlim (Bakı) proqramı ilə çıxış edəcəkdir. Ənənəvi yapon musiqisini dinləmək və yapon mədəniyyəti ilə tanış olmaq üçün gözəl bir şans olduğu üçün hər birinizi iştirak etməyə dəvət edirik.
Hər iki çıxış üçün giriş ödənişsiz və sərbəstdir.
- 28 iyun(çərşənbə)12:00~ Ənənəvi yapon musiqisi konserti
Məkan:Şəki Xan Sarayının həyəti
Daha ətraflı məlumat:Şəki şəhəri “İpək Yolu” 8-ci Beynəlxalq Musiqi Festivalı haqqında daha ətraflı məlumata aşağıdakı linkdən nəzər sala bilərsiniz:
Rəsmi veb səhifə: http://www.silkroad-az.com/
Təşkilatçılar: Şəki Rayon İcra Hakimiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqı
Tərəfdaşlar: JTI, Toyota Bakı Mərkəzi
2. 29 iyun (cümə axşamı) 18:00 ~ (təxmini 1.5 və ya 2 saat davam edəcəkdir)
Heydər Əliyev parkı, Yapon bağının qarşısında Ənənəvi Yapon Musiqisi konsertində iştirak
Məkan:Bakı şəhəri, Xətai Rayonu, Heydər Əliyev parkı Yapon bağı (açıq havada konsert)
(Həzi Aslanov metro stansiyasının yaxınlığındakı Heydər Əliyev parkı
Xəritə:
Birgə təşkilatçı: Xətai Rayon İcra Hakimiyyəti
Tərəfdaşlar: JTI, Toyota Bakı Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi
Konsertdə Azərbaycan milli musiqisi (tar, kamança, nağara) və muğam ifaçıları ilə sintez musiqiləri də ifa olunacaq.
※ Azərbaycan Aikikai Aikido Klublar İctimai Birliyi, Azərbaycan Kendo Təşkilatının üvzlərinin aikido və kendo nümayişi ilə birgə Azərbaycan milli rəqsi və muğam ifasını da izləyə biləcəksiniz.
※Konsertin posteri və konsert haqqında daha ətraflı məlumat ilə linkdən tanış ola bilərsiniz.
Poster
Məlumat
3. 30 iyun(cümə)14:00~ Ənənəvi yapon musiqisi haqqında təlim
※ Öncədən qeydiyyat etmək də olar.
Məkan: 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi
Təşkilatçılar: Yaponiya Səfirliyi və 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi
Tərəfdaşlar: Xətai Rayon İcra Hakimiyyəti, Toyota Bakı Mərkəzi
※Təlim haqqında daha ərtalı aşağıdakı linkdən tanış ola bilərsiniz.
Təlim haqqında poster
●Keçən il təşkil etdiyimiz Va-Liqa 2016 yapon musiqisi turuna da nəzər sala bilərsiniz:↓
https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000099.html