“Va-Liqa” ansamblının konserti 2016

2016/7/15
 1. 29 iyun (çərşənbə) tarixində şamisen, şinobue, vadaiko musiqi alətlərindən ibarət ənənəvi yapon musiqi ansamblı “Va-Liqa” 7-ci Şəki İpək Yolu Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xan Sarayının önündə yerləşən bağda çıxış etmişdir.
Ənənəvi yapon musiqi alətlərinin səsi və ritmləri, həmçinin ifa tərzi ilə ənənəvi Azərbaycan musiqi janrı muğama bənzər minyo musiqisi öz səsi ilə tamaşaçıları valeh etdi və yüksək qiymətləndirildi.
Konsert bitəndən sonra Va-Liqa ansamblının iştirakçılarına təşkilatçı olan Şəki Rayon İcra Hakimiyyəti və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən gül çələngi və hədiyyələr təqdim olundu.
 


 2. 30 iyun (çümə axşamı) tarixində “Va-Liqa” ansamblı İsmayıllı rayonunda yerləşən İvanovka kəndinə səfər etdi və həmin kənddə yerləşən İvanovka k\nd tam orta məktəbin orta və yuxarı sinif şaqirdləri üçün ənənəvi yapon musiqi alətlərinə dair təqdimat keçirtdi.
İvanovka kəndinin uşaqları vadaikonun yüksək səsi və ilk dəfə eşitdikləri şamisen və şinobue musiqi alətlərinin ifasına böyük maraq göstərdilər.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           
 
 


3. 2 iyul (şənbə) tarixində, Va-Liqa ansamblı Bakı şəhəri Xətai Rayonunda yerləşən Heydər Əliyev parkında salınan Yapon Bağında konsert ilə çıxış etdilər. Konsert Xətai Rayon İcra Hakimiyyəti və Yaponiya Səfirliyinin təşkilatçılığı ilə, həmçinin JTI şirkəti və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı ilə gerçəkləşmişdi. Keçən ilin oktyabr ayında salınan Yapon Bağının yanında yerləşən ərazidə müxtəlif ölkələrin diplomatları başda olmaqla dəvət olunan şəxslər, həmçinin çox saylı Bakı şəhərinin sakinləri yiğişmışdı.
                         
Bu konsertdə Beynəlxalq Muğam Mərkəzinin muğam ifaçıları həmçinin iştirak etdi, minyo və muğam musigilərinin birgə ifası təqdim olundu. Ənənəvi Yapon və Azərbaycan musigisinin oxşar cəhətləri maraq doğuraraq, gözəl harmoniyası ilə tamaşaçıları valeh etmişdir.
Konsert bitəndən sonra təşkilatçı olan Xətai Rayon İcra Hakimiyyəti və Yaponiya Səfirliyi tərəfindən hər iki ölkənin ifaçılarına gül çələngləri təqdim olundu.