Konsulluq və Viza

2025/3/13

Viza

Yaponiya viza prosedurları ilə bağlı vacib qeyd

2025-ci il 17 mart tarixindən Yaponiya Səfirliyindən vizaya müraciət və hazır vizanın alınması saatlarında dəyişiklik olacaqdır. İndiyədək, vizaya sənədlərin qəbulu və hazır vizaların verilməsi eyni saatlarda həyata keçirilirdi, lakin 17 mart tarixindən səhər və günorta saatlarına bölünərək aşağıdakı qaydada keçirilməsi qərara alınmışdır.

(1) Viza müraciətlərinin qəbulu               09:30-12:30
(2) Hazır vizaların verilməsi                    15:00-17:00  


Vizaya müraciət zamanı nəzərə alınmalı vacib məqamlara bu linkdən nəzər salmağınız xahiş olunur. Müraciətdən əvvəl bu qaydaları oxumağınız mütləqdir!

Viza müraciəti və ya hazır vizaların götürülməsinə gəlməzdən öncə səfirliyin iş günü olmasını BU LİNKDƏN yoxlamağınız xahiş olunur. 
*********************************************************************************************************
Viza üçün tələb olunan sənədlər

Giriş vizaları 2 növ – birdəfəlik və çoxdəfəlik olaraq verilir.

Birdəfəlik giriş vizası (etibarlılıq müddəti 15 gündən 90 günə qədər) 5 iş günü, bəzən 1 həfətədən daha artıq müddət ərzində verilir.

Çoxdəfəlik giriş vizası (etibarlılıq müddəti  3 ildən 5 ilə qədər) 5 iş günü, bəzən 1 həfətədən daha artıq müddət ərzində verilir.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları üçün Yaponiyaya viza ödənişsizdir.


1. Turist vizası

Tələb olunan sənədlər: (sənədlər toplusu haqqında vacib məqamlara buradan nəzər salın)

  1. Ərizə forması ( 2 nüsxə)
  2. Şəkil ( 2,rəngli, 4,5x3,5 ölçülərində, biometrik. Şəklin dəqiq formatı linkdə)
  3. Hotelin bronu
  4. Biletin bronu
  5. İş yerindən arayış və ya bankdan arayış
  6. Proqram 
  7. Xarici pasport
  8. Xarici pasportun surəti

Diqqət: Ərizə forması göy gələmlə imzalanmalıdır. Xarici pasportun müddətininin bitməməsinə diqqət edin. Pasportunuzda 1.5-2 səhifə boş olmalıdır.

2. İşgüzar vizas

Tələb olunan sənədlər: (sənədlər toplusu haqqında vacib məqamlara buradan nəzər salın)

  1. Ərizə forması ( 2 nüsxə)
  2. Şəkil ( 2,rəngli, 4,5x3,5 ölçülərində,biometrik,  Şəklin dəqiq formatı linkdə)
  3. Hotelin bronu
  4. Biletin bronu
  5. İş yerindən arayış
  6. Proqram ( öz vəsaitinə gedən şəxslərdən tələb olunur)
  7. Xarici pasport
  8. Xarici pasportun surəti
Yaponiyadan tələb olunan sənədlər:
  1. Dəvətnamə (ingilis dili; yapon dili)
  2. Qarantiya məktubu (ingilis dili; yapon dili)
    ※öz hesabına gedən şəxslərdən tələb olunmur
  3. Proqram
  4. Dəvət edən qurum və şirkət haqqında məlumat

3. Ailə üzvlərini və ya qohumları ziyarət vizası
Tələb olunan sənədlər:

  1. Ərizə forması ( 2 nüsxə)
  2. Şəkil ( 2,rəngli, 4,5x3,5 ölçülərində,biometrik,  Şəklin dəqiq formatı linkdə)
  3. Biletin bronu
  4. Xarici passport
  5. Xarici pasportun surəti
  6. Ailə bağını sübut edəcək sənəd (Nikah Şəhadətnaməsinin/Doğum Şəhadətnaməsinin ingilis dilinə tərcüməsi və notarial qaydada təsdiqi)

Yaponiyadan tələb olunan sənədlər:

  1. Dəvətnamə (ingilis dili; yapon dili)
  2. Qarantiya məktubu (ingilis dili; yapon dili)
  3. Proqram
  4. Dəvət edən tərəf haqqında məlumat: (a) Yaşadığı yer üzrə qeydiyyat; (b) İD kartın iki tərəfli surəti; (c) İş yerindən arayiş; (d) Vergi ödəyicisi olduğunu sübut edən sənəd; (e) Ailə bağını və ya qohumluğu sübut edəcək sənədlər (şəkil, yazışma və sairə)

 

·         Viza Ərizə Formasını doldurmaq üçün nümunə


 

  Daha ətraflı məlumat üçün aşağıda qeyd olunan saytlara keçə bilərsiniz.

·         Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları uçun birdəfəli giriş vizaya müraciət qaydaları

·         Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları üçün çoxdəfəli giriş vizaya müraciət qaydaları 

·         Yaponiyada müalicə keçmək üçün vizaya müraciət qaydaları haqqında məlumat (rus dilində )

Konsulluq şöbəsinin iş qrafiki

Konsulluq şöbəsinin iş saatları:
09:00 – 13:00 / 14:15 – 17.45

Konsulluq şöbəsinin Viza məsələləri üzrə iş saatları:
09:30 – 12:30 / 15:00 – 17:00

Xaricə səyahət sığortası haqqında

Yaponiyaya səyahət edəcək hörmətli vətəndaşlar, sizə xaricə səyahət sığortası almaq tövsiyə edilir.
  • Xaricə səyahət sığortası sizin səyahətinizdən tam zövq ala bilməniz üçün hətta fövqəladə hallarda belə təhlükəsizliyinizi təmin edir.
  • Yaponiyada tibbi xərclər çox yüksəkdi. Lakin aldığınız səyahət sığortası müalicə xərclərini kifayət qədər əhatə edirsə, narahat olmadan müalicə ala bilərsiniz.
  • Tibb müəssisələri haqqında məlumat,tərcümə xidmətləri və nağdsız müalicə xidmətlərini özündə əks etdirən xaricə səyahət sığortasını sizə məsləhət görürük.