Viza prosedurları ilə bağlı vacib məlumat
2025/3/13
2025-ci il 17 mart tarixindən Yaponiya Səfirliyindən vizaya müraciət və hazır vizanın alınması saatlarında dəyişiklik olacaqdır. İndiyədək, vizaya sənədlərin qəbulu və hazır vizaların verilməsi eyni saatlarda həyata keçirilirdi, lakin 17 mart tarixindən səhər və günorta saatlarına bölünərək aşağıdakı qaydada keçirilməsi qərara alınmışdır.
(1) Viza müraciətlərinin qəbulu 09:30-12:30
(2) Hazır vizaların verilməsi 15:00-17:00
Qeyd :
Viza müraciətçilərinin nəzərinə!
Vizaya müraciət zamanı aşağıdakı məqamları mütləq şəkildə nəzərə almağınızı xahiş edirik.
(1) Viza müraciət formasının öncədən yazılıb hazır gətirilməsi
Hal-hazırda viza müraciətçilərinin sayı həddindən artıq çox olduğu üçün viza sənədlərini Viza qəbul şöbəsində doldurduğunuz təqdirdə digər müraciətçilərin zamanına təsir edəcəkdir. Bunu nəzərə almağınızı xahiş edirik.
(2) Sənədlər toplusu ilə bağlı vacib məqamlar:

(5) “Proqram” sənədinin doldurulması zamanı nəzərə alınmalı məqamlar:
(1) Viza müraciətlərinin qəbulu 09:30-12:30
(2) Hazır vizaların verilməsi 15:00-17:00
Qeyd :
- Vizaya müraciət və hazır vizaların verilməsi həmişəki qaydada canlı növbə rejimində baş tutacaqdır. Odur ki, gələrkən zamanınızı ona uyğun hesablamağınız xahiş olunur.
- Viza şöbəsinin is saatının bitməsinə yaxın gələrsəniz, müraciətçi çoxluğu olan zaman həmin gün müraciətiniz mümkün olmaya bilər. Bununla da bağlı öncədən anlayışınızı xahiş edirik.
Viza müraciətçilərinin nəzərinə!
Vizaya müraciət zamanı aşağıdakı məqamları mütləq şəkildə nəzərə almağınızı xahiş edirik.
(1) Viza müraciət formasının öncədən yazılıb hazır gətirilməsi
Hal-hazırda viza müraciətçilərinin sayı həddindən artıq çox olduğu üçün viza sənədlərini Viza qəbul şöbəsində doldurduğunuz təqdirdə digər müraciətçilərin zamanına təsir edəcəkdir. Bunu nəzərə almağınızı xahiş edirik.
(2) Sənədlər toplusu ilə bağlı vacib məqamlar:
- Səfirliyin səhifəsində qeyd olunan müraciət sənədlərini tam topladıqdan sonra yaxınlaşmağınız xahiş olunur.
- Öncədən uyğun formatda olan şəkilləri ərizə formasına yapışdırmağı unutmayın.
- Ərizə forması və digər sənədləri stepler ilə tikməyin.
- Xarici pasport və ya digər rəsmi sənədlərin surətini müraciət sənədlərinə əlavə edin.
- Notariusda təsdiq olunmuş sənədlərin rəngli surətini gətirməyi unutmayın.
- Müraciətdən öncə xarici pasportunuzda ən azı 1.5 ardıcıl boş səhifə olmasından əmin olun. Əgər boş səhifə olmazsa, vizanı yapışdırmaq mümkün olmayacağı üçün, müraciət qəbul olunmayacaqdır.
- “ID No.issued to you by your government” yerində xarici pasportunuzda olan FİN kodu qeyd edin. FİN Kod xarici pasportunuzda "Fərdi İdentifikasiya nömrəsi/Personal No." hissəsində qeyd olunur.
- “Intended length of stay in Japan” yerində Yaponiyaya daxil olacağınız gündən çıxış edəcəyiniz günədək olan gün sayını qeyd edin.
- “Port of entry into Japan” hissəsində Yaponiyaya daxil olacağınız hava limanının adını qeyd etməyiniz gərəkdir.
- “Dates and duration of previous stays in Japan” hissəsində daha öncə Yaponiyada olmusunuzsa, həmin tarixləri qeyd etməyiniz gərəkdir. Olmamısınızsa, boş qoyun.
- “Current profession or occupation and position” hissəsində hal-hazırkı iş yerinizdə vəzifənizi qeyd etməyiniz gərəkdir. Əgər işləmirsinizsə, “Unemployed” və ya müvafiq olaraq “Housewife” və s. də qeyd etmək mümkündür. Tələbələr isə, “position” hissəsində “student” olaraq qeyd etməlidir.
- “Name and address of employer” hissəsində iş yerinizin adını, ünvanını və əlaqə nömrəsini qeyd edin. Tələbələr universitetlərinin adı, ünvanı və əlaqə nömrəsini qeyd etməlidir. Şagird üçün isə məktəb məlumatlarını qeyd edə bilərsiniz.
- Sonda müraciət gününün tarixini yazmağı və imza atmağı unutmayın.

- 2 şəkil (Azərbaycan daxil olmaqla MDB ölkələri, Ukrayna, Gürcüstan vətəndaşları üçün)
- Tekstura olmayan sadə rəngli fon (ağ olmaya da bilər), 4.5 x 3.5 ölçüsündə, biometrik
- Son 6 ayda çəkilmiş şəkil
- Papaqsız olması. Lakin, üz konturlarının aydın görünməsi şərti ilə başın dini səbəblərdən örtüldüyü şəkillərə icazə verilir.
(5) “Proqram” sənədinin doldurulması zamanı nəzərə alınmalı məqamlar:
- Sənədin yuxarısında müraciət etdiyiniz tarix qeyd olunmalıdır.
- “Date” hissəsində Yaponiyaya daxil olacağınız gündən başlayaraq çıxış edəcəyiniz günədək bütün tarixlərin qeyd olunması gərəkdir.
- “Activity plan” hissəsində hər gün üçün təxmini planınızı qısa şəkildə qeyd etmək
- “Contact” hissəsində qalacağınız otelin əlaqə nömrəsi
- “Accomodation” hissəsində qalacağınız otelin adı qeyd olunmalıdır
- İstifadə etməyi düşündüyünüz uçuşlar, kruiz gəmiləri və otellərin bronu
- Yaponiyaya getmək üçün kifayət qədər maliyyə vəsaitinizin olduğunu göstərən sənədlər- İş yerindən arayış və ya bankdan arayış.
- Bank hesabından çıxarış və Şəxsiyyət vəsiqəsinin surətinə ehtiyac yoxdur.