Yaponiyadan İnkişafa Yardım
2025/10/3
Yaponiya, Azərbaycan müstəqillik əldə etdikdən sonra, müxtəlif inkişaf əməkdaşlığı vasitələrini istifadə edərək, bazar iqtisadiyyatına keçid prosesini ardıcıl şəkildə dəstəkləmişdir. Həmçinin, əsasən regionlarda infrastrukturun inkişafına yönəlmiş “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində də fəaliyyət göstərmişdir. Bu əməkdaşlıq Yaponiya ilə Azərbaycan arasındakı dostluğun və yaxın münasibətlərin möhkəm təməlini təşkil etmişdir.
Digər tərəfdən, zəngin təbii sərvətlər (neft və qaz) hasilatı və ixracatı fonunda Azərbaycanın sürətli iqtisadi artım nümayiş etdirməsi, son dövrlərdə xarici yardımın alınması ilə bağlı siyasət dəyişiklikləri, qonşu Ermənistanla sülh prosesinin irəliləyişi və Avrasiyanı birləşdirən Orta dəhlizin kəsişmə nöqtəsi kimi Azərbaycanın geopolitik əhəmiyyətinin artması nəticəsində inkişaf gündəliklərinin müxtəlifləşməsi baş verməkdədir. Lakin, Bakı ilə regionlar arasında iqtisadi bərabərsizliklərin aradan qaldırılması, qeyri-neft sektorunun diversifikasiyası və insan resurslarının inkişafı, Sovet dövründən qalan infrastrukturun yenilənməsi kimi məsələlər hələ də mövcuddur.
Bu vəziyyəti nəzərə alaraq, Yaponiya, "dayanıqlı və balanslı iqtisadi inkişaf və bərabərsizliklərin aradan qaldırılması"nı Azərbaycana yönəlik inkişaf əməkdaşlığının əsas prinsipi olaraq müəyyən etmiş və bugünədək qurulmuş güclü dostluq münasibətlərinə əsaslanaraq, ölkənin daha da davamlı inkişafına dəstək verməyə davam edir.
Azərbaycan üzrə ölkə inkişafına əməkdaşlıq siyasəti
Layihələr üzrə fəaliyyət planı
Azərbaycanda “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı layihələri
● İRY (İnkişafa Rəsmi Yardım) ilə bağlı ədalətsizlik və korrupsiya halları ilə bağlı məsləhət
Azərbaycan üzrə İnkişafa Rəsmi Yardım (İRY) proqramlarında ədalətsizlik və korrupsiya halları ilə bağlı bu link vasitəsilə ilə əlaqə saxlaya bilərsiniz.