Səfirlik haqqında
2026/8/26
Səfir
Vatanabe Katsuya
Yaponiyanın Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri

Səfirin tərcümeyi-halı
Əlaqə vasitələri və ünvan
Hazırda Səfirliyin bu günə qədərki ünvanında ziyarətçilərin qəbulu dayandırılmışdır. Səfirliklə əlaqə saxlamaq istəyən şəxslərdən aşağıdakı əlaqə vasitələrinə müraciət etmələri xahiş olunur.
Ümumi məsələlər:
info@bk.mofa.go.jp
İqtisadiyyat və yapon şirkətləri ilə bağlı:
economic@bk.mofa.go.jp
Mədəniyyət, təhsil, ictimai əlaqələr ilə bağlı:
culture-info@bk.mofa.go.jp
Konsulluq məsələləri və viza ilə bağlı:
consular@bk.mofa.go.jp
İş saatlarından kənar vaxtlarda və istirahət günlərində fövqəladə hallar üçün əlaqə vasitəsi:
+994 50 222 8063
Konsulluq xidmətləri aşağıdakı linkdə göstərilmiş müvəqqəti ofisdə həyata keçiriləcəkdir. Səfirliyin bu günə qədərki ofisində ziyarətçilərin qəbulu dayandırılmışdır.
https://www.az.emb-japan.go.jp/files/101066533.pdf
Media, Müsahibə və ya Çəkiliş ilə bağlı:
Müsahibə və ya çəkiliş təklifləri üçün bu formanı yükləyərək, gərəkli məlumatları doldurduqdan sonra səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir. Səfirlik əməkdaşı tez zamanda sizinlə əlaqə saxlayacaqdır.Media nümayəndələrinin nəzərinə! Yaponiya ilə əlaqəli müxtəlif mövzularda videolardan istifadə etmək mümkündür! Bunun üçün buradan (Videolar üçün Youtube Kanalına da nəzər sala bilərsiniz) siyahıya daxil olub müxtəlif mövzularda olan videoların adlarına nəzər sala bilərsiniz. Videolar yaddaş kartında sizə müvəqqəti istifadə üçün təqdim oluna bilər. Bunun üçün səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə müraicət edə bilərsiniz.
Səfirliyin iş günləri və saatları
Konsulluq şöbəsinin iş saatları: çərşənbə axşamı-cümə, 09:00 – 13:00 / 14:15 – 17:45
Konsulluq şöbəsinin Viza məsələləri üzrə iş saatları: çərşənbə axşamı-cümə, 09:30 – 12:30 / 15:00 – 17:00
(*Qeyd: Şöbəmizə gəlməmişdən əvvəl əlaqə saxlamağınız xahiş olunur.)
İstirahət günləri: şənbə və bazar günləri və aşağıda qeyd olunmuş bayram günləri
Şənbə və bazar günlərindən başqa səfirliyin istirahət günləri
Səfirliyin istirahət günləri (2026-cı il)
| 1 yanvar | Yeni il bayramı |
| 2 yanvar | Yeni il bayramı |
| 20 yanvar | Ümumxalq Hüzn günü |
| 9 mart | Beynəlxalq Qadınlar günü (8 mart əvəzi) |
| 20 mart | Novruz bayramı, Ramazan bayramı |
| 23 mart | Novruz bayramı |
| 24 mart | Novruz bayramı |
| 25 mart | 20 mart Ramazan bayramı əvəzi |
| 26 mart | 21 mart Ramazan bayramı əvəzi |
| 27 mart | 21 mart Novruz bayramı əvəzi |
| 30 mart | 22 mart Novruz bayramı əvəzi |
| 11 may | 9 may “Faşizm üzərində qələbə günü” əvəzi |
| 27 may | Qurban bayramı |
| 28 may | Qurban bayramı, Müstəqillik günü |
| 29 may | 28 may “Müstəqillik günü”əvəzi |
| 15 iyun | Milli Qurtuluş günü |
| 26 iyun | Silahlı Qüvvələr günü |
| 21 sentyabr | Yaşlılar günü(※Yapon milli bayramı) |
| 9 noyabr | Bayraq günü |
| 10 noyabr | 8 noyabr “Qələbə günü” əvəzi |
| 31 dekabr | Həmrəylik günü |
Mədəniyyət və Məlumat Otağı
Hazırda Mədəniyyət və Məlumat otağı bağlıdır. Əşyalardan müvəqqəti istifadə ilə bağlı elektron ünvanımıza müraciət edə bilərsiniz.
İş saatları
Səfirliyin iş saatlarına uyğundur. Öncədən qeydiyyat vacibdir.
Gəlməzdən öncə mütləq şəkildə culture-info@bk.mofa.go.jp ünvanına mail yazmağınız xahiş olunur.
Kitabların istifadəsi

Səfirliyimizin kiçik kitabxanasında təxmini 1000 ədəd kitab vardır. Kitablar oxuyub qaytarmaq şərtiylə müvəqqəti istifadə üçün verilir.
Kitabların siyahısı(2025-ci il, aprel ayı üçün olan siyahı)
Yapon mədəniyyət nümunələri əşyalarının müvəqqəti istifadəyə verilməsi
Səfirliyimizdə "Şodou" (Kalliqrafiya), "Sadou" (Çay mərasimi), "Kadou" (İkebana), oyun və oyuncaqlar, ənənəvi sənətkarlıq nümunələri, milli geyimlər və digər yapon mədəniyyətini tərənnüm edən əşya nümunələri mövcuddur. Bu əşyaların müvəqqəti istifadəyə verilməsi təcrübəsi olduğu üçün, tədbirləriniz və digər müvafiq məqsədlər üçün müvəqqəti istifadəyə müraciət edə bilərsiniz.Yaponiya ilə əlaqəli tədbirləriniz zamanı videoların müvəqqəti istifadəsi
Səfirliyimizdə Yaponiya haqqında müxtəlif mövzularda video materiallar mövcuddur. Əsasən ingilis dilində olub, Yaponiya həyatının müxtəlif aspektlərini əhatə edən bu videolar təxmini 4-5 dəqiqə civarında qısa videolardır. Videolardan istifadə etmək istəyən şəxslər bu linkdən (videolar üçün Youtube kanalına da nəzər sala bilərsiniz) daxil olaraq siyahıya nəzər sala bilərlər. Müvəqqəti istifadə üçün səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinə müraciət etməyinizi xahiş edirik.
Mədəniyyət mübadiləsi məkanı
Mədəniyyət və Məlumat Otağının səfirliyimiz tərəfindən təşkil olunan yapon mədəniyyəti təqdimatı tədbirləri ilə yanaşı, sizin Yaponiya ilə əlaqəli tədbirləriniz üçün məkan olaraq istifadə olunması da mümkündür.
Maraqlanan şəxslər bizimlə əlaqə saxlaya bilərlər.
Məkanın istifadə olunması ilə bağlı nümunə:
Yapon Dili Danışıq Klubu
Yaponiya Fondu tərəfindən ezam olunmuş yapon dili mütəxəssisinin nəzarəti ilə yapon dilini tədris edən şəxslərin yapon vətəndaşları ilə rahat və səmimi şəkildə söhbət edə bilməsi üçün təşkil olunan tədbirdir.
Ayda 1 dəfə və ya bir neçə ayda bir dəfə təşkil olunur.


