“VA-LİQA” Yapon Ənənəvi Musiqi qrupunun təlim proqramı

2017/6/16
“VA-LİQA” Yapon Ənənəvi Musiqi qrupunun təlim proqramı
 
Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi
Mədəniyyət və Məlumat şöbəsi
 
Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi Bakı Şəhəri Baş Təhsil İdarəsi nəzdində 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi ilə birlikdə 30 iyun saat 14:00-da adıçəkilən mərkəzin akt zalında “VA-LİQA” ənənəvi yapon musiqisi ifaçılarından ibarət qrupun musiqili təlim proqramını həyata keçirəcəkdir. Gözəl yapon musiqisini dinləmək, yapon musiqiçiləri ilə ünsiyyətdə olub, musiqi alətləri ilə yaxından tanış olmaq üçün gözəl bir şansdır və hər birinizi iştirak etməyə dəvət edirik.

Tarix: 30 iyun(cümə)14: 00 (təxmini 1 saat və ya 1 saat yarım davam edəcəkdir)
Təlimin məzmunu:Ənənəvi yapon musiqisi və musiqi alətləri haqqında təlim (tsuqaru şamisen, şinobue, vadaiko, şişimai “ şir rəqsi”)
Məkan: Bakı Şəhəri Baş Təhsil İdarəsi nəzdində 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi, 2-ci mərtəbə, Akt zalı

Xəritə:


Tədbirdə iştirak ödənişsizdir.

Təlimdə iştirak üçün sizin tərəfinizdən öncədən hazırlığa gərək yoxdur. Əgər siz musiqiçisiniz və ənənəvi yapon musiqisi ilə sintez formasında öz musiqi alətlərinizdə ifa etmək istəyirsinizsə, öncədən səfirliyimiz ilə əlaqə saxlamağınız xahiş olunur.

Təlimin keçiriləcəyi dil: Azərbaycan dili
Tərəfdaşlarımız: Xətai Rayon İcra Hakimiyyəti, Toyota Bakı Mərkəzi

Tədbirin posteri

<İştirak etmək üçün müraciət qaydası>

Aşağıdakı mail ünvanına 1-dən 3-cü bəndə qədər olan məlumatları daxil edib göndərməyiniz xahiş olunur.
Müraciət etmək üçün mail adresi: culture-info@bk.mofa.go.jp

1. Ad, familiya
2. Yaşınız
3. Məşğuliyyətiniz (şirkət işçisi, tələbə, evdar xanım və s.)

<Qeyd>
• 10 yaşdan kiçik uşaqların böyüklərlə (valideyn və s.) gəlməsi xahiş olunur.
• Dərsin gedişatında çəkilmiş şəkillərin səfirliyin internet, Facebook səhifələri və səfirliyin nəşr etdiyi jurnallarda yerləşdirilməsi düşünüldüyü üçün, bunu nəzərə almağınız xahiş olunur.

●Keçən il təşkil etdiyimiz Va-Liqa 2016 yapon musiqisi turuna da nəzər sala bilərsiniz:↓
https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000099.html