AZ
Geri qayıt

Aşpaz Matsuşita Taisei tərəfindən yapon yeməklərinin hazırlanması ilə bağlı master klass (Azərbaycan Hotel Assosiasiyası)

Aşpaz Matsuşita Taisei tərəfindən yapon yeməklərinin hazırlanması ilə bağlı master klass (Azərbaycan Hotel Assosiasiyası)

2 mart 2022-ci il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə Fairmont mehmanxanasında aşpaz Matsuşita Taisei tərəfindən yapon yeməklərinin hazırlanması ilə bağlı master klass keçirilmişdir.
 
Tədbirdə Bakının bir sıra hotel və restoranlarını təmsil edən 11 aşpaz iştirak etmişdir. Aşpaz Matsuşita Taisei düyünün bişirilməsi, balığın sümüklü hissələrindən hazırlanan yapon şorbası, toyuq ətindən “karage”- ümumilikdə 6 yeməyin hazırlanma qaydasını təqdim etmişdir. Yeməklərin hazırlanma qaydası ilə buradan tanış ola bilərsiniz.
 
2022-ci il Yaponya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibəti ilə “Dostluq İli” çərçivəsində bir sıra tədbirlərin təşkili gözlənilir. Yaponiya Səfirliyi bundan sonra da yapon mətbəxinin gözəlliyini Azərbaycan əhalisinə təqdim etməyə davam edəcəkdir.

 

Ətraflı

  • Başlama vaxtı

    Mart 2
  • Bitmə vaxtı

    Mart 2
  • Məkan və Ünvan