menyunu ötür | 日本語 | English |
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
在アゼルバイジャン日本国大使館
Təhsil
1. Yaponiya Hökumətinin təqaüdləri vasitəsi ilə Yaponiyada təhsil almaq istəyənlərin nəzərinə

2015 Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (Monbukaqakusho MEXT) "Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr üçün təqaüd proqramı" (Nikkensei) və "Gənc müəllimlər üçün təlim təqaüd proqramı" (Kyokensei)

1. TƏQAÜD PROQRAMLARINA NƏZƏR:

(1) Nikkensei "Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr üçün təqaüd proqramı" (※Ətraflı məlumat üçün əlavə olunmuş təlimat kitabçasına baxa bilərsiniz.)

(a)Təqaüd proqramının məzmunu: Bu proqram yapon dilini, yapon mədəniyyətini və Yaponiyanın durumunu xarici tələbələrə daha mükəmməl anlamatmaq məqsədi ilə Yaponiyanın müxtəlif universitetlərində yaradılmış 1 illik təlim kursdur ki, həmin proqrama müraciət edərək Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin təqdim etdiyi 1 illik təqaüdü qazanmaq mümkündür.

(b)Ərizəçiyə olan şərtlər və tələblər:Azərbaycan vətəndaşı olmaq. Yaponiya vətəndaşlarının müraciəti mümkün deyil. (Azərbaycan vətəndaşlığı olmayan şəxslər, yalnız aid olduğu ölkənin Yaponiya Səfirliyinin təqdim etdiyi təqaüd proqramlarına müraciət edə bilərlər).

・2 aprel 1985-ci il - 1 aprel 1997-ci il tarihləri arasında doğulmaq.

・Yaponiyada təhsilə başlamışdan əvvəl və Yaponiyadan döndükdən sonra təhsil aldığı universitetdə yapon dili və yaxud yapon mədəniyyətini əsas ixtisas olaraq tədris etmək. Belə ki, 2015-ci ilin aprel ayı üçün 1 ildən artıq yapon dilni oxumaq.

・Yaponiya universitetində yapon dilində təhsil ala biləcək dərəcədə yapon dili biliyinə sahib olmaq.

・Fiziki və əqli cəhətdən tam sağlam olmaq.

(c) Təqaüd proqramının müddəti: 2015-ci ilin oktyabr ayından (və ya təlim kursu başladığı aydan) davam edən 1 illik təlim kursu. (Göstərilən müddət hər bir universitetin təlim kursuna tələb olunan müddətdir.)

(ç) Yaponiya höküməti tərəfindən maliyyələşdiriləcək hissə:

・Aylıq təqaüd - 117.000 yapon yeni.

・İkitərəfli aviabilet (Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)

・Təhsil haqqı və digər (qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

(d) Son 3 il ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı:

2012-ci il:2 nəfər

2013-cü il:4 nəfər

2014-cü il:1 nəfər

(2) Kyokensei "Gənc müəllimlər üçün təlim təqaüd proqramı"(※Ətraflı məlumat üçün əlavə olunmuş təlimat kitabçasına baxa bilərsiniz.)

(a)Təqaüd proqramının məzmunu: Bu proqram məktəblərdə tədris sistemini tədqiq edən xarici tələbələr üçün Yaponiyanın müxtəlif universitetlərində yaradılmış 1-1,5 illik təlim kursudur ki, həmin proqrama müraciət edərək Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin təqdim etdiyi 1-1,5 il davam edən təqaüdü qazanmaq mümkündür. Belə ki, təlim kursu ümumillikdə 1 il davam edir, lakin təlim kursuna başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də vardır ki, həmin kurslarda iştirak edən tələbələrin təqaüd müddəti 1,5 il davam edəcək. Həmçinin, təlim kursu ilə parallel olaraq yapon dilini tədris edən universitetlər də vardır ki, həmin universitetlərdə təqaüd proqramı 1 il davam edəcək.

(b)Ərizəçiyə olan şərtlər və tələblər:Azərbaycan vətəndaşı olmaq. Yaponiya vətəndaşlarının müraciəti mümkün deyil. (Azərbaycan vətəndaşlığı olmayan şəxslər, yalnız aid olduğu ölkənin Yaponiya Səfirliyinin təqdim etdiyi təqaüd proqramlarına müraciət edə bilərlər).

・2 aprel 1980-ci ildən sonra doğulmaq.

・Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2015-ci il 1 aprel tarixinə qədər yaşadığı ölkənin ibtidai, orta təhsil müəssisələrində 5 ildən artıq təcrübəyə malik olmaq. Belə ki, hal-hazırda universitet müəllimi kimi fəaliyyət göstərən şəxslərin müraciəti mümkün deyil.

・Yapon dilini həvəslə tədris etməyi arzulamaq. Yaponiyaya maraq göstərib, Yaponiyaya gəldikdən sonra Yaponiya haqqında bilikləri daha da dərinləşdirmək. Yaponiyada tədqiqat işi ilə məşğul olub, həyat tərzinə uyğunlaşmaq.

・Fiziki və əqli cəhətdən tam sağlam olmaq.

(c) Təqaüd proqramının müddəti: 2015-ci ilin oktyabr ayından (və ya təlim kursu başladığı aydan) 2017-ci ilin mart ayına kimi. (Göstərilən müddət hər bir universitetin təlim kursuna tələb olunan müddətdir.)

(ç) Yaponiya höküməti tərəfindən maliyyələşdiriləcək hissə:

・Aylıq təqaüd - 143.000 yapon yeni.

・İkitərəfli aviabilet (Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)

・Təhsil haqqı və digər (qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

(d) Son 3 il ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı:

2012-ci il: 0 nəfər

2013-cü il: 0 nəfər

2014-cü il: 0 nəfər

2. SEÇİM PROSESİNİN TƏQVİMİ:

Zəhmət olmasa PDF fayla baxın >>

3. TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:

(1) Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr üçün təqaüd proqramı / Nikkensei (Qeyd olunan sənədlərin hamısı 1 nüsxədə orijinalda olmalıdır, (Ə) sənədi çıxmaq şərti ilə.

(a) Müraciət forması və Universitet Seçiminə Dair Müraciət Forması (Tələb olunan formanı aağıdan yükləmək mümkündür.)

※Fotoşəkil – 2 ədəd. (Son 6 ay ərzində çəkilən fotoşəkil. Ölçü: 4,5×3,5 sm. Həmçinin elektron fotoşəkil də qəbul olunur.)

(b) Təhsil aldığı universitetdən qiymət vərəqəsi (hər semestr üçün qiymət vərəqəsi)

(c) Təhsil aldığı universitetdən arayış

(ç) Təhsil aldığı universitetin dekan və yaxud baş müəllimindən tövsiyyə məktubu. (Tələb olunan formanı aşağıdan yükləmək mümkündür.)

(d) Sağlamlıq haqqında arayış.(Tələb olunan formanı aşağıdan yükləmək mümkündür.)

(e) Yapon dili fakültəsində 1 ildən artıq təhsil aldığını təsdiq edən sənəd(※ (b) bəndində göstərilən qiymət vərəqəsi ilə yapon dili fakültəsində 1 ildən artıq təhsil aldığını təsdiqləyə bilmədiyi halda)

(ə) Yapon dili biliyini təsdiqləyən sənəd (sertifikat) – mövcud olduğu halda (surət - 1 ədəd)

(2) Gənc müəllimlər üçün təlim təqaüd proqramı / Kyokensei

(a) Müraciət forması və Universitet Seçiminə Dair Müraciət Forması (Tələb olunan formanı aşağıdan yükləmək mümkündür.) (əsli - 2 ədəd)

※Fotoşəkil – 3 ədəd. Son 6 ay ərzində çəkilən fotoşəkil. Ölçü: 4,5×3,5 sm. (Həmçinin elektron fotoşəkil də qəbul olunur.)

(b) Ali təhsili təsdiqləyən diplom və hər kursun qiymət vərəqəsi (əsli – 1 ədəd, surət – 1 ədəd)

(c) İş yerindən arayış (əsli – 1 ədəd, surət – 1 ədəd)

(ç) İş yerindən tövsiyyə məktubu (azad üslubda) (əsli – 1 ədəd, surət - 1 ədəd)

(d) Sağlamlıq haqqında arayış (Tələb olunan formanı aşağıdan yükləmək mümkündür.) (əsli – 1 ədəd, surət – 1 ədəd)

(e) Yapon dili biliyini təsdiqləyən sənəd (sertifikat) – mövcud olduğu halda (surət - 1 ədəd)

4. MÜRACİƏT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİ BURADAN YÜKLƏYƏ BİLƏRSİNİZ:

(1) "Yapon dili və yapon mədəniyyətinin tədqiq edən tələbələr üçün təqaüd proqramı" (Nikkensei):

  • Təlimat kitabşası (Yapon dilində)
  • Təlimat kitabşası (İngilis dilində)
  • Müraciət forması
  • Müraciət formasının nümünəsi
  • Tövsiyyə məktubu
  • Sağlamlıq haqqında arayış
  • Tez-tez verilən suallar (FAQ)
  • (2) "Gənc müəllimlər üçün təlim təqaüd proqramı" (Kyokensei):

  • Təlimat kitabşası (Yapon dilində)
  • Təlimat kitabşası (İngilis dilində)
  • Müraciət forması
  • Müraciət formasının nümünəsi
  • Sağlamlıq haqqında arayış
  • Tez-tez verilən suallar (FAQ)
  • 5. FAYDALI LİNKLƏR:

    (1) Yapon dili və ya yapon mədəniyyətini tədqiq edən tələbələr (Nikkensei) / "Kurslar haqqında bələdçi 2015" (※ Aşağıdan yükləyə bilərsiniz.)

  • "Kurslar haqqında bələdçi 2015 - Nikkensei"
  • (2) Gənc müəllimlər (Kyokensei) / "Kurslar haqqında bələdçi 2015"

    (※ Aşağıdan yükləyə bilərsiniz.)

  • "Kurslar haqqında bələdçi 2015 - Kyokensei"
  • (3) Keçmiş illərin imtahan toplusu (2007-2008 Nikkeinsei tələbələri üçün nəzərdə tutulan yapon dili imtahan toplusu)

    www.studyjapan.go.jp/en/toj/toj0308e.html>>

    ※Ətraflı məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Məlumat Şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

    Əlaqə nömrəsi: +994 12 490 7818/19

    FAX: +994 12 490 7817/20

    Elektron ünvan: culture-info@bk.mofa.go.jp

    yuxarı