2014-2018-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə yenilənmiş dövlət proqramı çərçivəsində hazırda Azərbaycanda bir sıra fəaliyyət və layihələr həyata keçirilməkdədir. Həmçinin, qaz və neft sektorunun modernləşdirilməsi, qeyri-neft sektorunun diversifikasiyası, İnformasiya və Kommunikasiya Texnologiyaları, Kənd Təsərrüfatı və digər sektorların inkişaf etdirilməsi ilə bağlı məlumat 2012-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında qeyd olunmuşdur, hansı ki, reallaşmasına gələcəkdə bir sıra milli layihələr vasitəsilə nail olunması gözlənilir.
2002-ci ildə Yaponiya ilə Azərbaycan arasında keçirilmiş inkişaf üzrə əməkdaşlığa dair iclasın nəticələrinə əsaslanaraq Yaponiya əsas diqqətini iqtisadi infrastrukturun təkmilləşdirilməsi və insan resurslarının inkişafı ilə bağlı səylərə yönəltmiş və bu sahədə bir çox layihələr həyata keçirmişdir. 2005-ci ildən başlayaraq gəlir və məşğulluğun artırılması, həmçinin ictimai xidmətin keyfiyyətinin təkmilləşdirilməsi və əhali tərəfindən istifadəsinin mümkünlüyünün təmin olunması ilə bağlı məsələlər yuxarıda qeyd olunanlara əlavə olunmuşdur. Bundan əlavə olaraq, 2009-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun Yaponiyaya səfəri çərçivəsində keçirilmiş müzakirələrin nəticəsi olaraq Yaponiya tərəfi hazırkı inkişaf üzrə əməkdaşlıq üçün mühüm sayılan alternativ və bərpa olunan enerji mənbələri daxil olamqala ətraf mühitin qorunması sahəsində səylər göstərməyə başlamışdır.
Azərbaycanın siyasət və proqramları ilə bağlı yuxarıda qeyd olunanları, həmçinin Yaponiyanın Azərbaycanla bağlı inkişaf üzrə əməkdaşlıq siyasətini nəzərə alaraq, Yaponiya Hökuməti özünün hər il yenilənən İnkişafa Rəsmi Yardım Proqramına əsasən Azərbaycanda iri həcmli müxtəlif proqramlar həyata keçirir.
Yaponiya Hökumətinin Azərbaycan respublikasına İnkişafa Rəsmi Yardımının ümumi məbləği 1.1 milyard ABŞ dolları təşkil edir.Keçmiş inkişaf üzrə əməkdaşlığın detallarına buradan nəzər sala bilərsiniz.
Yaponiya Hökuməti Azərbaycanda yaşayan insanların ilkin ehtiyaclarını qarşılaya biləcək inkişaf layihələri üçün “Ot Kökləri Layihələri üzrə Qrant Yardımı(GGP)” adlı sxem üçün maliyyə yardımı təklif edir.
2000-ci ildən bəri sözügüeən sxem, bələdiyyələ, tibbi müəssisələr və QHT-lər tərəfindən təqdim olunan Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmağa xidmət edən 199 layihəni əhatə etmişdir. Sözügedən layihələr kasıbçılığın aradan qaldırılması, sosial müdafiə, infrastruktur, ictimai səhiyyə və gəlirin artırılması sahələrində həyata keçirilmişdir. Həyata keçirilmiş layihələr üzrə ümumi məbləğ 16,951,735 ABŞ dollarına çatmışdır.Ot Kökləri Qrant Proqramına necə müraciət etmək olar?
Azərbaycan Respublikasındakı Yaponiya səfirliyi il ərzində münasib yerli təşkilatlardan qrant layihəsi üçün ərizə qəbul edir. Qrant üçün müraciət etmək istəyən təşkilatlardan ərizə qayadalarını diqqətlə oxuduqdan sonra layihə sənədlərini səfirliyə təqdim edə bilərlər. Müraciət qaydalarını və ərizə formasını aşağıdakı linklər vasitəsilə əldə edə bilərsiniz.
Müraciət qaydaları ![]() |
Ərizə Paketi ![]() |
İllər üzrə layihələrin sayı
Maliyyə ili | Layihələrin sayı | Məbləğ (ABŞ dolları) |
2000 | 3 | 180,765 |
2001 | 12 | 788,852 |
2002 | 21 | 1,029,018 |
2003 | 24 | 1,486,309 |
2004 | 5 | 5400,593 |
2005 | 7 | 647,558 |
2006 | 16 | 1,294,718 |
2007 | 13 | 1,027,527 |
2008 | 14 | 1,213,352 |
2009 | 14 | 1,321,838 |
2010 | 14 | 1,279,541 |
2011 | 11 | 1,146,204 |
2012 | 12 | 1,443,178 |
2013 | 16 | 1,924,531 |
2014 | 17 | 1,767,751 |
CƏM | 199 | 16,951,735 |
Sektorlar üzrə layihələrin sayı
Sektor | Fəaliyyət | Layihənin sayı |
Təhsil | - Məktəb tikintisi - Təhsil üzrə avadanlığın təchizatı |
76 |
Səhiyyə | - Təmir və xəstəxana - Tibbi məntəqənin tikintisi - Tibb avadanlığının təchizatı |
60 |
infrastruktur və ətraf mühit | - Su quyusunun tikintisi - Su təchizatı sistemnin tikintisi - Tullantıların idarə olunması sisteminin tikintisi |
1,029,018 |
Kənd təsərrüfatı | - Suvarma sisteminin tikintisi |
9 |
Digər | - Minalardan təmizlənmə - Təlimlər |
4 |
CƏM | 199 |
Yaponiya Hökuməti Azərbaycanda mədəniyyət və yüksək təhsil layihələrinin həyata keçirilməsinin dəstəkləmək məqsədi ilə “Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı (MOKLQ)” adlı sxem üçün maliyyə yardımı təklif edir.
Mədəniyyət üzrə Ot Kökləri Qrant Proqramına necə müraciət etmək olar?
Azərbaycan Respublikasındakı Yaponiya səfirliyi il ərzində münasib yerli təşkilatlardan qrant layihəsi üçün ərizə qəbul edir. Qrant üçün müraciət etmək istəyən təşkilatlardan ərizə qayadalarını diqqətlə oxuduqdan sonra layihə sənədlərini səfirliyə təqdim edə bilərlər. Müraciət qaydalarını və ərizə formasını aşağıdakı linklər vasitəsilə əldə edə bilərsiniz.
Müraciət qaydaları ![]() |
Ərizə forması ![]() |
Maliyyə ili | Layihənin adı | Təşkilatın adı | Qrantın məbləği |
2003 | Bül-Bül adına Musiqi məktəbinin musiqi alətləri ilə təminatı | Bül-Bl adına Musiqi məktəbi | 61,189 |
2005 | Yevlax şəhərində və rayonun ərazisində idman avadanlıöının təkmilləşdirilməsi | Azərbaycan Könüllülər İctimai Birliyi | 87,975 |
2006 | Bakı Musiqi Akademiyasının musiqi avadanlığı ilə təchizatı | Bakı Musiqi Akademiyası | 89,714 |
2007 | Azərbaycan Karate-do Federasiyasının karate üzrə idman avadanlıöının təkmilləşdirilməsi | Azərbaycan Karate-do Federasiyası | 86,205 |
2007 | Azərbaycan Aikido Federasiyasının Aykido üzrə idman avadanlığının təkmilləşdirilməsi |
Azərbaycan Aykido Federasiyası | 47,765 |
2009 | Biləsuvar rayonunda Karate və Cudo üzrə idman avadanlıqlarının təkmilləşdirilməsi | Azərbaycan Könüllülər İctimai Birliyi | 95,375 |
2014 | Gəncə şəhər idman mərkəzinin təkmilləşdirilməsi | Gənclərin sosial problemlərinin həllinə yardım | 103,087 |
Cəm | 571,310 |