Vizaya baxılma müddəti səfərin məqsədindən və başqa səbəblərdən asılı olaraq müxtəlifdir. Əlavə sənədlərin tələb olunması, vizaya müraciət edən şəxslə müsahibə təyin olunması və ya sənədlərin Yaponiyanın Xarici İşlər Nazirliyi də baxılması məqsədilə göndərilməsi kimi hallar istisna olunmaqla, ərizəçinin pasportu, ərizə qəbul olan gündən 4 iş günü sonra qaytarılır.
Bu səbəbdən, iş günlərinin sayı Yaponiyanın təqviminə uyğun sayılmasını nəzərə almağınızı xahiş edirik. Əgər pasportun verilmə tarixindən, geri alma tarixinə qədər, yəni vizaya baxılma müddətində Yapon bayramları varsa, bu halda 4 iş gününə həmin bayram günlərinin sayı əlavə olunur.
Konsulluq şöbəsinin iş saatları:
09:00 – 13:00 / 14:15 – 17.45
Konsulluq şöbəsinin Viza məsələləri üzrə iş saatları:
09:30 – 12:30 / 15:00 – 17:00