menyunu ötür | 日本語 | English |
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
在アゼルバイジャン日本国大使館
Mədəniyyət
Azərbaycanda yapon dilini tədris edən tədris ocaqları
"Tərəqqi" Liseyində Yapon dili dərsi Bakı Dövlət Universitetində Yapon dili dərsi

Ali təhsil ocaqları:

Bakı Dövlət Universiteti, Şərqşünaslıq Fakültəsi, Yapon dili kafedrası
Ünvan: Zahid Xəlilov küç. 23, Bakı AZ1148
Telefon: (+994 12) 510 16 78
Faks: (+994 12) 598 33 76
Vebsayt: www.orient.bsu.edu.az (digər sayta keçid)

Azərbaycan Dillər Universiteti, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi
Ünvan: Rəşid Behbudov küç. 60
Telefon: (+994 12) 441 22 31
Vebsayt: www.adu.edu.az(digər sayta keçid)

Orta ümum təhsil məktəbləri:

İ. Hacıyev adına “Tərəqqi” Texniki Humanitar Liseyi
Ünvan: Mayakovskiy küç. 14, Nərimanov rayonu, Bakı AZ1154
Telefon: (+994 12) 566 66 30
Faks: (+994 12) 566 43 03
E-poçt: tereqqi-liseyi@mail.ru

225 №-li Orta Məktəb
Ünvan: Ələsgər Ələkbərov küç. 507/511, Yasamal rayonu, Bakı AZ1073
Telefon: (+994 12) 438 11 84

yuxarı

Yaponiya-Azərbaycan Mədəniyyət Mübadiləsi

YAPON BAĞÇASI

İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkının 1500 km2 ərazisində Yaponiyanın mütəxəssis bağbanları tərəfindən Yapon bağı guşəsi salınmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 29 oktyabr 2009-cu il tarixdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Masamitsu Oki və bağçanı inşaat edən cənab Saki Kosugi ilə birgə Yapon bağçası ilə tanış olmuşlar.

DOSTLUQ MÜBADİLƏSİ HAQQINDA SAZİŞ

22 noyabr 2013-cü il tarixində,Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq mübadiləsi haqqında saziş bağlanmışdı.


yuxarı

Azərbaycan kütləvi mətbuatı üçün məlumat

Yaponiya Xarici Mətbuat Mərkəzi (FPCJ) (ingilis dilində: digər sayta keçid) xarici mətbuatı Yaponiya ilə əlaqədar dəqiq və geniş məlumatlarla təmin edir və xarici mətbuatın Yaponiyada məlumat toplamaq fəaliyyətlərini aktiv şəkildə dəstəkləyir.

Japan Brief (ingilis dilində: digər sayta keçid) * - Yaponiyanın maraq mərkəzində olan siyasi və iqtisadi məsələlər haqqında Yaponiyanın əsas qəzetlərdə çap olunan baş məqalələrdən xülasələr və onların qısa analizi.
*Qeyd: “Japan Brief” Yaponiya Xarici Mətbuat Mərkəzinin müstəqil yazmalarıdır və Yaponiya Hökumətinin, eləcə də digər təşkilatların fikirlərini əks etmir.

yuxarı

Yaponiya Fondu

Yaponiya Fondunun Proqramları
Yaponiya Fondu beynəlxalq mübadilə proyektləri və fəaliyyəti olan fərdi şəxs və təşkilatları Yaponiya Fondunun proqramlarında iştirak etməyə dəvət edir. Yaponiya Fondu aşağıdakı 3 əsas kateqoriya üzrə öz proqram və fəaliyyətini təqdim edir:
1. İncəsənət və mədəniyyət mübadiləsi.
2. Xarici ölkələrdə yapon dili tədrisi.
3. Xarici ölkələrdə yapon dilinin öyrənilməsi və Beynəlxalq Mübadilə.
Seçimdən müvəffəqiyyətlə keçmiş ərizəçilər qrant yardımı, tədqiqat təqaüdü, yapon dili təlimi və digər şəkildə dəstək olunacaqlar. 2014-2015-ci maliyyə illəri üçün Yaponiya Fondunun Proqram Təlimatı aşağıdakı internet səhifəsində yerləşdirilmişdi. Maraqlananlar ziyarət edə bilərlər.

Yaponiya haqqında

NİPPON Jurnalı
Yaponiyanın zəngin mədəniyyətini müxtəlif mövzuları ilə əhatə edən jurnal İngilis, Rus və Yapon dilində çap olunur. Jurnal ilə maraqlananlar Mədəniyyət və Məlumat Şöbəsi ilə əlaqə saxlamağı xahiş edirik:

(+994 12 490 78 18)

Aşağıdakı linklərdən Siz Yaponiyanın Hökuməti, İncəsənəti, Bayramları, Döyüş sənətləri, Mətbəxi və sairə haqqında məlumatlar olan internet səhifələrinə keçə bilərsiniz.

"JAPAN POLICY FORUM" elektron jurnalını (ingilis dilində: digər sayta keçid)
Yapon akademikləri, mütəxəssisləri və tənqidçiləri tərəfindən təqdim olunmuş esselər, şərhlər, icmallar, dialoqlar və müsahibələr ilə tanış olmaq üçün "Japan Policy Forum" elektron jurnalını Sizin nəzərinizə çatdırırıq. Jurnalın məqsədi diplomatiya, siyasət, iqtisadiyyat, cəmiyyət və mədəniyyət sahələri daxil olmaqla Yaponiyadakı vəziyyət və siyasi mənzərəyə aid daxili nöqteyi-nəzərləri hərtərəfli şəkildə təqdim etməkdir.

HIGHLIGHTING JAPAN (ingilis dilində: digər sayta keçid)
YAPONIYA HAQQINDA (rus dilində / Rusiyadakı Yaponiya Səfirliyinin vebsaytına keçid)

yuxarı

Mədəniyyət və Məlumat şöbəsi

Bizim Mədəniyyət və Məlumat Şöbəsində çoxlu sayda Yaponiya haqqında kitablar və maraqlı manqa (komikslər) vardır. Yapon dilinə aid olan kitablarımız da Yapon dili öyrənən tələbələri razı salacaqdır.

Bizim şöbədə Siz YUNESKO-nun Dünya İrsinə daxil olmuş Yapon memarlıq incilərinin modellərini də görə bilərsiniz.

Həmçinin şöbəmizdə gözəl Yapon mətbəxinin nümunələrini də seyr edə bilərsiniz (modellər təəssüf ki, yeməli deyil).

Mədəniyyət və Məlumat Şöbəsinin iş günləri və saatları:

Açıq günlər: Bazar ertəsi – Cümə   09:30 – 12:30 / 14:30 – 17:30
Fasilə saatı: 13:00 – 14:00
Bağlı günlər:
Şənbə – Bazar və istirahət günləri

(*Qeyd: Şöbəmizə gəlməmişdən əvvəl bizimlə əlaqə saxlamağınız xahiş olunur 012 490 78 18)



yuxarı