10 oktyabr tarixində (şənbə günü) saat 13:00-da Bakı Dövlət Universitetində 14-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçiriləcək və 16 nəfər tələbə öz bacarıqlarını yapon dilində nümayiş edəcəklər. Bu müsabiqə Azərbaycanda yapon dilini tədris edən tələbələrin yapon dili bacarıqlarını dinləmək üçün gözəl fürsət olduğu üçün hər birinizi müsabiqəni izləməyə dəvət edirik.
(Müsabiqə yapon dilində keçiriləcək, lakin nitqin məzmunu Azərbaycan dilində monitorda göstəriləcək.)
【Cədvəl】
12:30 | Zalın açılması |
13:00 | Müsabiqənin açılışı |
Azərbaycan və Yaponiya Dövlət himnlərinin səslənməsi | |
Bakı Dövlət Universitetinin Rektorunun açılış nitqi | |
Yaponiyanın Azərbaycandakı Səlahiyyətli və Fövqəladə səfirinin açılış nitqi | |
İştirakçıların təqdimatı | |
Münsiflər heyyətinin təqdimatı | |
Aparıcıların təqdimatı | |
Müsabiqənin keçirilməsi qaydalarının izahı | |
13:20 | Çıxış nitqləri (1-ci yarım hissə İştirakçılar) |
14:30 | Çıxış nitqləri (2-ci yarım hissə İştirakçılar) |
15:30 | Fasilə (20 dəqiqə) |
15:50 | Nəticələrin elanı |
Təltif olunma mərasimi | |
Münsiflər heyyətinin başçısı tərəfindən nitq | |
Kafedra müdirinin nitqi | |
16:30 | Bağlanış |
İştirakçılar | Nitqin mövzusu | |
1 | Xəlil Namiq | "Uşaqlıq" |
2 | Nəsirov Murad | "Vaxtında edək" |
3 | Muradlı Röya | "Vicdan" |
4 | Ələkbərova Nigar | "Yapon dilinin həyatımda rolu" |
5 | Salehli Nərmin | "Təbiəti qoruyaq" |
6 | Sadiqova Lamiyə | "Ruh" |
7 | Zeynalova Aytəkin | "İtirmədən dəyərini anlayaq" |
8 | Rəcəbli Sara | "Mənim universitetim" |
9 | Suleymanlı Azər | "Ədalət üçün döyüşçü" |
10 | Rzayeva Zinyət | "Qonaqpərvərlik" |
11 | Yusifli Gülab | "Nümunə olaq" |
12 | Cəfərova Azada | "Mənim sevdiyim anime" |
13 | Əzizova Zeynəb | "Güclü iradə" |
14 | Hüseynova Xəyalə | "Sadiq dost" |
15 | Məlikova Günel | "Yaponiyanı mənə sevdirən 3 əsas səbəb" |
16 | Abdullayev Xəyal | "Jurnal" |