menyunu ötür | 日本語 | English |
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
在アゼルバイジャン日本国大使館
Mədəniyyət
MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

1. "Şiniçi Kinoşita Birliyi” konserti Bakıda
(Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı/ 27 oktyabr 2013-cü il)

Səfir Vatanabenin çıxışı Sol tərəfdən, Keniçi Koizumi (vadaiko), Şiniçi Kinoşita (şamisen), Matsuhaşi Reika(şamisen)
Şiniçi Kinoşita və Matsuhaşi Reika cütlüyü Musigiçilərin ifasından sonra, tamaşaçılar onları ayaq üstə alqışladılar
Konsertdən sonra tamaşaçılar ilə şəkil çəkdirdilər
(Tamaşaçıların xahişinə cavab olaraq, musiqiçilər onlarla şəkil çəkdirdilər)

yuxarı



2. "MÜQAYİSƏLİ YAPONİYA: Müasir Yapon Memarlığı 1996 - 2006" fotosərgisi ( Azərbaycan Milli İncəsənət Muzeyi / 24 yanvar - 20 fevral 2013-cü il)

Səfir Vatanabenin çıxışı Açılış mərasimi
Sərgi zalı Sərgi zalı
Səfir Vatanabe müsahibə verir Furşet

yuxarı



3. "Budo ruhu" səyyar sərgisi və "Tohoku regionu. Daha yaxşı sabaha yenidənqurma" fotosərgisi (3 fevral - 4 mart 2012-ci il)

3 fevral tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyində “Budo ruhu. Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi ("Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci il dönümü qeyd olunan tədbirlər" çərçivəsində) və “Tohoku regionu. Daha yaxşı sabaha yenidənqurma” adlı foto sərginin açılış mərasimi keçirildi. Hər iki sərgi 4 mart tarixinə qədər davam edəcək.

Qeyd edək ki, "Budo ruhu. Yaponiya döyüş sənətinin tarixi" adlı səyyar sərgi Yaponiya Fondu, Yaponiyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatı dəstəyi ilə həyata keçirilir. "Tohoku regionu. Daha yaxşı sabaha yenidənqurma" adlı foto sərgi isə Yaponiyanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Qədim yaraq-əsləhələrin reproduksiyası  
Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev budo eksponatlarını seyr edir Ənənəvi yaylar
"Qəribə Dəbilqələr" Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev maraqla fotosərgini seyr edir
Cənab səfir Şusuke Vatanebe Tohoku regionunun dünəni və bu günü əks olunan fotoları izah edir Foto sərgi

yuxarı



4. YAPONİYA GÜNÜ

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 11 noyabr 2010-cu il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Yaponiya Günü” adlı mədəniyyət tədbiri keçirtmişdir. Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Yapon kuklaları, kalliqrafiya, oriqami və digər eksponatların sərgisinin nümayişi vasitəsilə ənənəvi Yapon mədəniyyəti ilə tanış olmağa imkan əldə etmişlər.
“Yaponiya Günü” tədbiri həmçinin Bakı Dövlət Universitetində, Xəzər Universitetində və Qafqaz Universitetində də keçirilmişdir.
“Yaponiya Günü” tədbiri keçirmək istəyən təşkilatlar Yaponiya Səfirliyinə müraciət edə bilərlər.


yuxarı


5. Dörd Yapon Musiqiçisinin İştirakı ilə Valehedici Gecə (24 noyabr 2009)