menyunu ötür | 日本語 | English |
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
在アゼルバイジャン日本国大使館
İqtisadi Əməkdaşlıq

OT KÖKLƏRI VƏ INSAN TƏHLÜKƏSIZLIYI QRANT YARDIMI PROQRAMI


  1. Giriş

    İnkişaf etməkdə olan ölkələrin müxtəlif ehtiyaclarını qarşılamaq məqsədilə Yaponiya Hökuməti inkişaf layihələri üçün maliyyə yardımı proqramını təklif edir. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” kimi tanınan bu proqram qeyri-hökumət təşkilatları (QHT-lər) və yerli hakimiyyət orqanları kimi müxtəlif müəssisələr tərəfindən təklif edilmiş təməli inkişaf layihələrini dəstəkləyir. OKQP proqramı təməli inkişaf layihələrinə çevik dəstəyi təmin etdiyi üçün bütün dünyada böyük nüfuz qazanmışdır.

  2. Ərizə təqdim etmək üçün meyarlar

    1. Kimlər müraciət edə bilər
      Qeydiyyatdan keçmış istənilən növdə QHT-lər OKQP-nin potensial alıcısı ola bilər bilər. Əsas tələb olunan şərt QHT-nin bazis səviyyəsində layihələrin həyata keçirilməsində ən azı üç (3) il təcrübəyə malik olmasıdır.

      Aşağıdakı təşkilatlar OKQP-a müraciət edə bilərlər: QHT-lər, xəstəxanalar, yerli hakimiyyət orqanları (bələdiyyələr) və başqa qeyri-kommersiya təşkilatları. Fərdi vətəndaşlar, dövlət təşkilatları və kommersiya təşkilatları (müəssisələr) OKQP-a müraciət edə bilməzlər.

    2. Prioritet sahələr
      Təməli yardıma istiqamətli olan istənilən Inkişaf layihələri OKQP çərçivəsində maliyyələşdirilmək üçün təqdim oluna bilər. Xüsusi diqqət növbəti sahələrdəki layihələrə verilir:

      Ətraf Mühit
      içməli su təchizatının təkmilləşdirilməsi, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, sanitariya, yaşıllaşdırma

      Kənd Təsərrüfatı
      suvarma sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı xidməti mərkəzlərinin əsasının qoyulması, kənd təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, kənd təsərrüfatının mexanikləşdirilməsi

      Elementar Tibbi Təchizat
      ucqar ərazilərdə tibbi vəziyyətin müəssisələr vasitəsilə təkmilləşdirilməsi və kiçik həcmli tibbi klinikalara ilkin tibbi cihazların təchizi, təcili yardım postlarının tikilməsi

      İctimai Rifah
      əlillər, küçə uşaqları və kimsəsiz uşaqlar üçün vəsait və avadanlıqlar

      Yoxsulluğa Yardım
      qaçqın, məcburi köçkün, əlil və qadınlara peşə və texniki təlimlərin keçirilməsi

      Təhsil
      bağçaların, kimsəsiz uşaq evlərinin və internat məktəblərinin təkmilləşdirilməsi, cihaz və avadanlıqların təchizatı

      Digərləri
      yerüstü minaların təmizlənməsi, zərərçəkmişlərə dəstək, minalara qarşı təhsil ilə bağlı fəaliyyətlər

      Qeyd: Aşağıdakı layihələr Səfirlik tərəfindən qəbul edilmir:

      • Ofis otaqlarının təmiri
      • Ali təhsil layihələri
      • Kompüter və dillərin tədrisi
      • Mədəni və idman tədbirləri
      • Biznes əlaqəli layihələr
      • Elmi-tədqiqat layihələri
      • Dini fəaliyyətlər
      • Xüsusi bir ideologiyaya dəstək
    3. OKQP Yardımına daxildir

      OKQP tərəfindən verilən maliyyə aşağıdakılar üçün istifadə edilə bilər:

      1. Avadanlıqlar, təchizatlar və maşınların təmini
      2. Təlim, məşğələlər və ya məruzələrin keçirilməsi
      3. Qurğuların yaradılması

      Qeyd: Aşağıdakılar layihənin büdcəsinə daxil edilə bilməz:

      • İdari xərclər (elektrik, su, qaz, telekommunikasiya /telekommunikasiya vasitələri, yanacaq, qida, içkilər və s. üçün xərclər);
      • Təşkilatda istifadə olunan məmulatlar (geyim, ofis kağızı, printer kartrici, qələm, parça və s.)
      • Təşkilatın üzvləri üçün əmək haqları
      • İstənilən nəqliyyat növləri üçün xərclər( tullantı daşımaq üçün yük maşını, təcili yardım maşını və s. bu kimi, layihənin nəticəsi üçün zəruri olan xüsusi nəqliyyat vasitələrindən başqa)
      • Ofis avadanlıqları: surətçıxaran qurğu, faks maşını, kompüterlər
      • Təhlükəsizlik sistemi
      • Layihə ilə birbaşa əlaqəsi olmayan bütün avadanlıq və vasitələr
      • Layihə çərçivəsində kiçik həcmli dəstək qrantı
      • Əlavə xərclər
      • Bank xərcləri

    4. Qrant Yardımı

      Bir layihə üçün nəzərdə tutulmuş qrant yardımının maksimum miqdarı 10 milyon Yapon Yenidir (2011-ci Yapon maliyyə ili üçün təxminən $120 000 ABŞ Dolları). Qeyd etmək istərdik ki, kiçik büdcəli layihələr Səfirlik tərəfindən daha tez qəbul olunur.

    5. Audit

      Vacibdir:Vacibdir: Hər bir layihə üçün müstəqil audit şirkəti tərəfindən audit hesabatı hazırlanmalı və Səfirliyə təqdim edilməlidir. Audit xərcləri layihənin büdcəsinə daxil edilməli və OKQP fondları tərəfindən 2000 ABŞ dollar məbləğində maliyyələşdirilə bilər. Audit şirkəti təqdim edəcəyi hesabat aşağıdakı məzmunu əhatə etməlidir:
      1.Layihənin maliyyə vəziyyəti ( maliyyənin xərclənməsi və hər bir xərc haqqında məlumat
      2.Layihə sahəsinə səfər etmək və layihənin qiymətləndirilməsi (layihə sahəsindən şəkillərlə birgə hesabatın verilməsi)

  3. Necə müraciət etməli

    Yaponiya Səfirliyi layihə ərizələrini il boyu qəbul edir. Ərizənizin qəbul olunması üçün təşkilatınız yuxarıdakı tələblərə cavab verməli və doldurulmuş ərizə formasını lazımı sənədləşmə ilə birgə Yaponiya Səfirliyinə təqdim etməlidir. Xahiş olunur nəzərə alasınız ki, bütün təşkilatlar rəsmi OKQP ərizə formasından istifadə etməlidir.

    Diqqət! Ərizə ingilis dilində doldurulmalıdır. Minimal standardlara uyğun gəlməyən ərizələr nəzərə alınmayacaqdır.

    Ərizəni növbəti sənədlər müşayiət etməlidir: (* Xahiş edirik hər bir sənədin ingilis dilində tərcüməsini əlavə edəsiniz):

    1. Büdcə cədvəli
    2. Büdcənin detallı təfsilatı (OKQP ilə almaq niyyətində olduğunuz mallar / xidmətlərin detalları)
    3. Layihə üçün alınacaq materialların /xidmətlərin üç müxtəlif təchizatçıdan dəyəri
    4. Müvafiq hökumət agentlikləri və tədqiqat müəssisələrindən dəstək məktubları
    5. Layihənin icra olunduğu yerin Bakıya nisbətən uzaqlığını (km) göstərən xəritə
    6. Layihənin icra olunduğu yeri göstərən xəritə
    7. Binaların, qurğuların və s. planı (çertyoj)
    8. Layihə məkanının şəkilləri (binalar, avadanlıqlar və s)
    9. Rəsmi qeydiyyat kağızı (surəti)
    10. Təşkilatın layihədə iştirak edən üzvlərinin tərcümeyi-halları (təşkilatın direktoru və sözü gedən layihə üçün təşkilatın nümayəndəsi)
    11. Ötən maliyyə ilinin maliyyə vəziyyətinin hesabatı
    12. Təşkilatınız haqqında buklet (əgər varsa)

    Ərizəni təqdim edərkən, xahiş olunur aşağıdakıları nəzərə alasınız:

    • Qrant yardımı üçün layihələri seçərkən Yaponiya Hökuməti layihənin töhfəsi/təsiri və davamlılığını əsas prioritet kimi görür
    • Ən əsası isə təşkilatınızın davamlı inkişaf layihələrini həyata keçirmək və idarə etmək bacarığına malik olduğunu Səfirliyi əmin etməlisiniz. Buna görə də, təşkilatınızın keçmiş və cari nailiyyətlərini ətraflı təsvir etməniz yüksək qiymətləndiriləcəkdir.
  4. Layihənin qəbul edilməsi və yerinə yetirilməsi

    Xahiş olunur nəzərinizdə saxlayasınız ki, Səfirlik dəstəkləyə biləcəyindən xeyli artıq ərizələr alır. Buna görə də qrant yardımı yalnız ətraflı şəkildə yoxlamadan və qiymətləndirmədən keçən və davamlılığı ən uyğun görülən layihələr üçün nəzərdə tutulur.

    1. Layihənin yoxlanılması: Ərizə alındıqdan sonra Səfirliyin müvafiq şöbəsi layihəni nəzərdən keçirir. Bu əsasla, qrant yardımı üçün potensial layihələr seçilir. Yoxlama prosesi 1-8 ay arası müddəti əhatə edir. Hərmçinin, heç də layihə ilə əlaqədar olmayan səbəblər də daxil olmaqla, ərizə istənilən mərhələdə rədd edilə bilər.

    2. Layihə sahəsinə səfər: Təklif etdiyiniz layihənin yerinə yetirilə bilinməsi imkanlarını yoxlamaq məqsədilə Yaponiya Səfirliyi sizin layihəni həyata keçirmək istədiyiniz sahədə qiymətləndirmə apara bilər. Belə səfərlər qiymətləndirmə prosesinin bir hissəsi kimi qəbul edilir və mütləq maliyyələşmənin əlaməti kimi başa düşülməməlidir.

    Prosedura sxemi
    Anket-ərizələrin nəzərdən keçirilməsi
    |
    Layihənin seçilməsi və ya rədd edilməsi
    |
    Sahəyə səfər
    |
    Layihənin seçilməsi və ya rədd edilməsi
    |
    Yaponiyanın Xarici İşlər Nazirliyinə məlumatın verilməsi
    |
    Layihənin qəbul edilməsi və ya rədd edilməsi
    |
    Qrant Yardımı Müqaviləsinin imzalanması
    |
    Maliyyənin ödənilməsi

    DİQQƏT! * Əgər qrant yardımı maliyyəsi layihənin icra edilməsi üçün nəzərdə tutulandan başqa hər hansı bir məqsəd üçün istifadə edilibsə, icrası müvəqqəti dayandırılıbsa və ya ləğv olunubsa, Yaponiya Səfirliyi qrant yardımı çərçivəsində verilən vəsaitin geri qaytarılmasını tələb etmək hüququna malikdir.

    Qeyd:

    1. Səfirliyə təqdim edilmiş layihələr geri qaytarılmır.
    2. Yalnız layihəsi bəyənilmiş təşkilatlarla əlaqə saxlanılacaqdır.

Əlaqə məlumatı:

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Hyatt Binası 3 , 6-cı mərtəbə
İzmir küçəsi 1033, AZ1065 Bakı, Azərbaycan

Telefon: +994 12 490 78 18
Faks: +994 12 490 78 20

E-poçt: hiroshi.seto@bk.mofa.go.jp