menyunu ötür | 日本語 | English |
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
在アゼルバイジャン日本国大使館

YAPONİYA VƏ AZƏRBAYCAN RESPUBLİKASI - 20 İL

20-ci il münasibəti ilə təbrik məktubları

07 sentyabr 2012


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə


Zati-aliləri,

Sizi Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının müstəqillik aldığı dövrdən bəri, iki ölkə arasında möhkəm dostluq münasibətləri qurulmuşdur.

Ən son olaraq, 2012-ci ilin ilin mart ayında baş vermiş Böyük Şərqi Yaponiya zəlzələsindən keçən dövrdə, Zati-Aliləriniz başda olmaqla, bir çox insanlar Yaponiyaya başsağlığını bildirmiş, yapon xalqının dərdinə şərik olmuş, təsəlli sözləri ifadə etmiş və öz dəstəyini göstərmişlər. Bir daha öz təşəkkürümü bildirirəm.

Xəzər dənizinin ərazisində zəngin enerji ehtiyatlarına malik olan və həmin resurların ixracatını şaxələndirməyə nail olmuş, son illərdə iqtisadi cəhətdən gözəçarpan səviyyədə irəliləmiş Azərbaycan, Cənubi Qafqazda sabit inkişafın təkanvericisidir və bizim ölkənin ən vacib partnyorudur. Keçmiş dövrdə bizim ölkəmizlə Azərbaycan arasında sıx dialoq qurulmuş, dövlətlərimizin qüdrətlənməsi naminə əməkdaşlığımız davam etmiş və bunun nəticəsində dostluq münasibətlərimiz daha dainkişaf etmişdir.

Zati-Alilərinizin 2006-cı ildə Yaponiyaya səfəri sonra iki ölkə arasındakı münasibətlər sıçrayışla inkişaf etmə imkanı almış və o zaman elan olunan ”Yaponiya dövləti ilə Azərbaycan Respublikası arasındakı dostluq və partnyorluğun daha da inkişafına dair birgə Bəyannamə” siyasət, iqtisadiyyat, mədəniyyət və insan mübadiləsi daxil olmaqla, bütün sahələrdə iki ölkə arasındakı münasibətləri inkişaf etdirən əsas olmuşdur. Ölkəmizin İnkişafa Rəsmi Yardım proqramı çərçıvəsində həyata keçirilən ”Yaponiya dövləti ilə Azərbaycan Respublikası arasındakı dostluq və partnyorluğun daha da inkişafına dair birgə bəyannamədə” qeyd edilmiş “Şimal Qaz Buxar Stansiyasının 2-ci modulun Tikintisi” layihəsinin keçən ilin sentyabr ayında təməl-qoyma mərasimində Zati-Alilərinizin iştirakından məmnun oldum. Həmin bəyannaməyə əsaslanan iki ölkə arasındakı əməkdaşlığın əla nəticə göstərməsi sevindirici haldır.

Hal-hazırda iki ölkə həm siyasi, həm də iqtisadi sahələrdə yaxından əməkdaşlıq edirlər.

Beynəlxalq arenada, BMT-nin Təhlükəsizlik Şurasının üzvü qismində beynəlxalq sülhün və sabitliyin qorunmasında vacib rol oynayan Azərbaycan Respublikası ilə bizim ölkəmiz arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirəm.

Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümündə, fürsətdən istifadə edərək, bundan sonra da xalqınız və dövlətiniz ilə münasibətlərimizin daha da dərinləşib, inkişaf edəcəyinə ümid edirəm.

Zati-Alilərinizə sağlamlıq və uğurlar, həmçinin, Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm.


Noda Yoşihiko
Yaponiyanın Baş Naziri