Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz!
Mən Tsuquo Takahaşi, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiriyəm. 2013-cü ilin noyabrın 20-də Azərbaycana – təyinat yerinə gəlmişəm.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çətin bir dövr yaşamasına baxmayaraq, Xəzər dənizinin sahilində yerləşən Azəri-Çıraq Günəşli neft yatağının işlənməsi sayəsində sürətli iqtisadi inkişafa 90-cı illərin sonunda nail olmuşdur. Mən, dəfələrlə Azərbaycana səfər etmişəm və hər gəlişimdə Bakının sürətli inkişafına heyran qalmışam.
Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq fəaliyyət göstərməsi ilə öz mövcudluğunu siyasi sahədə də son zamanlar gücləndirməkdədir. Bu cür inkişaf edib çiçəklənən ölkədə səfir vəzifəsində çalışmaq mənim üçün böyük fəxrdir.
Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, Yaponiya Hökuməti, Yaponiya Güzəştli Kredit (yen kreditləri), ümumi qrantlar, texniki əməkdaşlıq və ot kökləri qrant yardımı kimi proqram vasitələri ilə ölkənin abadlaşması və iqtisadı inkişafını dəstəkləyərək, ölkələr arasında əlaqələrin qurulmasına nail olmuşdur.
Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiyanın dövlət şirkətləri iştirak edir. Həmçinin, digər sahələrdə də Yaponiya-Azərbaycan ölkələrinin şirkətləri arasında qarşılıqlı maraq artmaqdadır və mən inanıram ki, bu öz növbəsində gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirəcəkdir.
2012-ci ildə diplomatik əlaqələrin qurulmasının 20-ci il dönümünü qeyd edən dövlət başçıları öz mesajlarında, hal-hazırda Yaponiya və Azərbaycan arasında mövcud olan xoş əlaqələri bundan sonra daha da gücləndirib inkişaf etdirəcəklərini qətiyyətlə bəyan etmişlər.
Mən, fəaliyyətim müddətində qoyulan məqsədlərin reallaşması üçün var gücümlə çalışacağam. Bunun üçün, indiyə qədər əldə olunan iqtisadi əməkdaşlıqla bərabər, təhsil və mədəniyyət sahələrinə də əlavə güc sərf edərək, Yaponiya-Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda siyasi və iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək arzusundayam.