Azərbaycan Yapon Dili Bacarıq İmtahanı (JLPT) Təşkilat Komitəsi tərəfindən elan!

2016/7/20
Bu il, 4 dekabr (bazar günü) tarixində Bakıda Yapon Dili Bacarıq İmtahanı (Japanese Language Proficiency Test) keçiriləcək.
Ətraflı məlumat aşağıdakı kimidir. Beləliklə, imtahan ilə bağlı suallarınızı Azərbaycan Yapon Dili Bacarıq İmtahanı Təşkilat Komitəsinə ünvanlaya bilərsiniz:                                                                                                                         
Elektron ünvan : jlptazerbaijan@gmail.com                                                                                                                     
Facebook URL : https://www.facebook.com/JLPTazerbaijan/ 
 
   
 1.İmtahan vərəqəsi                                                                                                                                                             
Ərizəçidən imtahan vərəqəsini (1 AZN) əldə etmək xahiş olunur.                                                                                     
İmtahan vərəqəsinin satış müddəti: 14.09.2016 (çərşənbə) – 27.09.2016 (çərşənbə axşamı), (Şənbə və bazar istirahət günləridir)
İmtahan vərəqəsinin satış məntəqəsi: Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi, 5-ci mərtəbə (saat 11:00 – dan - 15:00 - dək, şənbə və bazar isitrahət günləridir)
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Həyat Binası III, 5-ci mərtəbə

2.Müraciət qaydaları
1) Doldurulmuş ərizə vərəqəsi
2) İki ədəd 3x4 sm fotoşəkil
3) Ödəniş haqqı

Yuxarıda göstərilən sənədləri hazırlayıb, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur.
Beləliklə, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir. 
                N1: 15 AZN
                N2: 12 AZN
                N3: 10 AZN
                N4: 10 AZN
                N5: 10 AZN

Sənədlərin qəbul müddəti: 14 sentyabr tarixindən (çərşənbə) 27 sentyabr (çərşənbə axşamı) tarixinə kimi (Şənbə və bazar istirahət günləridir) 
Qəbul saatları: 11:00-dan – 15:00-dək 
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Həyat Binası III, 5-ci mərtəbə

3.İmtahan cədvəli
JLPT imtahanın keçirilmə tarixi: 4 dekabr (bazar günü)
İmtahan vaxtı: 12:00-dan – 16:00-dək
İmtahanın keçirilmə yeri: Bakı Dövlət Universiteti
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 23.