27 fevral, "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində üç layihənin imzalanma mərasimi keçirildi

2017/3/7

İnkişaf üzrə əməkdaşlıq

27 fevral 2017-ci il tarixində, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıda qeyd  olunan üç  layihə  üzrə imzalanma  mərasimi Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfir cənab Tsuquo Takahaşi və QHT  rəhbərlərinin  iştirakı ilə Yaponiya səfirliyinin binasında   keçirilmişdir.

İmzalanan  layihələr aşağıdakılardir:
(1) “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi
(Layihənin ümumi məbləği 82,747 ABŞ dollar)
Ağsu rayonunun Gəşəd kəndində sə təchizatı sisteminin təkmilləşdirilməsilə su bulaqların yaxınlığında yaşayan 262 ailənin (1200 nəfər) təmiz su ilə təmin olunması və bununla onların yaşayış səviyyəsinin yaxşılaşdırılması gözlənilir.
 
(2) Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sisteminin tikintisi”
(Layihənin ümumi məbləği 82,930 ABŞ dollar)
Bu layihənin icra olunması ilə su bulaqlarının yaxınlığında məskünlaşmış 300 ailəyə( təxminən 2000 yerli sakin) tövhə veriləcək və təmiz su əldə olunması təmin ediləcək.
 
 (3) “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin  tikintisi”
(Layihənin ümumi məbləği 83,213 ABŞ dollar)
Lənkəran  rayonunun Günəhir kəndində sə təchizatı sisteminin təkmilləşdirilməsilə su bulaqların yaxınlığında yaşayan 150 ailənin (750  yerli sakin) təmiz su ilə təmin olunması və bununla onların yaşayış səviyyəsinin yaxşılaşdırılması gözlənilir.
 
İmzalanma mərasimindən görüntülər