29 İyun 2017-ci il, "Ağsu rayonunun Qəşəd kəndində su təchizatı sisteminin tikintisi" layihəsinin açılış mərasimi keçirildi
2017/6/29
"Ot Kökləri və İnsan Təhlükəsizliyi" Qrant Yardımı Proqramı
29 iyun 2017-ci il tarixində Yaponiya Hökumətinin dəstəyilə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıda qeyd olunan açılış mərasimi Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori və Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin iştirakı ilə Ağsu rayonunun Qəşəd kəndində keçirilmişdir. Açılış mərasimində cənab Seyidəliyev və cənab səfir Teruyuki Katorinin çıxışından sonra, layihə çərçivəsində tikilmiş su təchizatına baxış keçirildi.
“Ağsu rayonunun Qəşəd kəndində su təchizatı sisteminin tikintisi” layihəsi
Ağsu rayonunun Qəşəd kəndində,10 kilometr aralıqda yerləşən dağlardakı bulağlardan ayrı-ayrı məhəllələrdə tikilən bulağlara kimi su təchizatı sisteminin(su anbarı, rezervuar (30 ton), su xətti (10 km), 3 su bulağı) təkmilləşdirilməsilə, 1200 yerli sakinin içməli suya olan ehtiyaclarının ödənilməsi təmin olunmuşdur. Layihə üzrə qrant müqaviləsi 27 fevral 2017-ci il tarixində Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Vətəndaşların Əmək Hüquqları Müdafiəsi Liqası” Qeyri-Hökumət Təşkilatı arasında imzalanıb. Layihənin icrası üçün Yaponiya Hökuməti tərəfindən 82 min 747 ABŞ dolları təqdim olunmuşdur.
“Ağsu rayonunun Qəşəd kəndində su təchizatı sisteminin tikintisi” layihəsi
Açılış mərasimindən görüntülər

