2017-ci il üçün yapon dili ixtisası üzrə bacarıqlı tələbələrin Yaponiyada qisamüddətli təlim proqramında iştirakına dair imtahan haqqında məlumat

2017/4/14
Yaponiya Səfirliyi aşağıda göstərilən cədvələ əsasən 2017-ci il üçün yapon dili üzrə bacarıqlı tələbələrin Yaponiyada qısamüddətli təlim proqramında iştirakı üzrə sənədlərin qəbulunu elan edir. Müraciət edən şəxslərdən aşağıda qeyd olunan 3 sənədi doldurub, 04 may (cümə axşamı) tarixi, saat 17:00-a qədər səfirliyə təqdim etmək xahiş olunur. Həmçinin, 1-ci bəndə əlavə olunan “Şərtlər toplusunu” diqqətlə oxumağınız tövsiyyə olunur.
 
1. Müraciət edə biləcək şəxslər haqqında, həmçinin təlim müddəti və proqramın məzmunu haqqında məlumatı əlavə olunan “Şərtlər toplusunda” tapa bilərsiniz. 

 Şərtlər toplusu >>

2. Seçim prosesinin cədvəli:
 
 Tarix Həftənin günü Vaxt Məqsəd
14.04.2017 Cümə   Sənədlərin qəbuluna start
04.05.2017 Cümə axşamı Son qəbul saatı 17:00 Sənədlərin qəbuluna son
09.05.2017 Çərşənbə axşamı 9:30 Səfirliyin 5-ci mərtəbəsində yerləşən Mədəniyyət və Məlumat Mərkəzində toplaşma
    10:00   Yazılı imtahan (start) 
    11:30    Yazılı imtahan (son)
    14:30  Yazılı imtahandan keçən tələbələrin adlarının elanı 
    15:00 Müsahibə (Yalnız yazılı imtahandan keçən tələbələr üçün) 
10.05.2017 Çərşənbə    Birinci mərhələdən keçən tələbələrin adlarının elanı
 
                                                                                                                                                                       
3. Müraciət üçün sənədlər
    Müraciət forması >>
    Təqdimat forması >>
    Sağlamlıq haqqında arayış >>

4. Əlaqə 
    Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
    Mədəniyyət və Məlumat Şöbəsi (Məsul şəxs: Bakıxanova Cəmilə) 
    Əlaqə nömrəsi: (012) 490 78 18/19
    Elektron ünvan:culture-info@bk.mofa.go.jp