Azərbaycanda yapon dilinin tədrisi haqqında

2016/8/10
2017-ci il üçün olan məlumata əsasən, Azərbaycanda Bakı Dövlət Universiteti, həmçinin Azərbaycan Xarici Dillər Universitetində yapon dili fakültəsi mövcuddur, eyni zamanda Bakı şəhərində yerləşən Telman Abbasov adına 225 saylı orta məktəbdə seçmə fənn şəklində yapon dili tədris olunur.
Həmçinin, anime, musigi, yapon mədəniyyətininn həvəskarları arasında da yapon dilini fərdi şəkildə öyrənənlərin sayı az deyil.
Yaponiya səfirliyində, yapon dilini tədris edən tələbələrə dəstək olaraq, Yaponiya Fondunun yapon dili müəllimi və Bakı Yaponlar Assosiasiyasının əməkdaşlığı ilə hər ay yapon dili üzrə danışıq klubu təşkil olunur, eyni zamanda səfirliyin əməkdaşları tərəfindən yapon dilində mühazirələr oxunur.

Ali təhsil müəssisələri:
Bakı Dövlət Universiteti, Şərqşünaslıq Fakültəsi, Uzaq Şərq Dilləri və Ədəbiyyatı kafedrası
Ünvan: Zahid Xəlilov küç. 23, Bakı AZ1148
Telefon: (+994 12) 510 16 78 Faks: (+994 12) 598 33 76
Vebsayt: www.orient.bsu.edu.az (digər sayta keçid)

Azərbaycan Dillər Universiteti, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsi
Ünvan: Rəşid Behbudov küç. 60
Telefon: (+994 12) 441 22 31
Vebsayt: www.adu.edu.az (digər sayta keçid)

Orta ümum təhsil məktəbi:
Telman Abbasov adına 225 No.-li orta məktəb
Ünvan: Ələsgər Ələkbərov küç. 507/511, Yasamal rayonu, Bakı AZ1073
Telefon: (+994 12) 438 11 84
 

Telman Abbasov adına 225 No.-li orta məktəbdə yapon dili dərsindən görüntü



Bakı Dövlət Universitetində yapon dili dərsindən görüntü



Yapon dili danışıq klubundan görüntü



Səfirlik əməkdaşının mühazirəsindən görüntü