14-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi
2015/10/12
10 oktyabr tarixində Bakı Dövlət Universitetinin və Yaponiya Səfirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində 14-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmişdir. Müsabiqədə Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetlərindən 16 nəfər tələbələ öz bacarığını yapon dilində nümayiş etmişdir. 1-ci yerin sahibi Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Abdullayev Xəyal seçilmişdir. Ənənəvi olaraq 1-ci yerin sahibi okyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək Moskva Beynəlxalq Yapon Dili Natiqlik Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
<Müsabiqənin nəticələri>
1-ci yer:Abdullayev Xəyal “Jurnal”(Bakı Dövlət Universiteti 3-cü kurs)
2-ci yer:Məlikova Günel “Yaponiyanı mənə sevdirən 3 əsas səbəb” (Azərbaycan Dillər Universiteti 2-ci kurs)
3-cü yer:Muradlı Röya “Vicdan” (Bakı Dövlət Universiteti 3-cü kurs)
4-cü yer:Suleymanlı Azər “Ədalət üçün döyüşçü“ (Bakı Dövlət Universiteti 3-cü kurs)
5-ci yer:Ələkbərova Nigar “Yapon dilinin həyatimda rolu “ (Bakı Dövlət Universiteti 3-cü kurs)
Xüsusi mükafat:Sadiqova Lamiyə “Ruh” (Bakı Dövlət Universiteti 2-ci kurs)