15-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi
2016/9/26
24 sentyabr tarixində Bakı Dövlət Universitetinin və Yaponiya Səfirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində 15-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmişdir. Müsabiqədə Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti və Dövlət İdarəçilik Akademiyasından 16 nəfər tələbələ öz bacarığını yapon dilində nümayiş etmişdir. 1-ci yerin sahibi Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsi Ağayeva Gülşən seçilmişdir. Ənənəvi olaraq 1-ci yerin sahibi 29 oktyabr tarixində Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək Moskva Beynəlxalq Yapon Dili Natiqlik Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
<Müsabiqənin nəticələri>
1-ci yer:Ağayeva Gülşən “Hobbi: Müqayisə”(Dövlət İdarəçilik Akademiyası 4-cü kurs)
2-ci yer:Muradlı Röya “Nəzakətli insan” (Bakı Dövlət Universiteti 4-cü kurs)
3-cü yer:Sadıqlı Ziba “İlham” (Azərbaycan Dillər Universiteti 2-ci kurs)
4-cü yer:Haşimov Nicat “Dəyərli insanlar“ (Bakı Dövlət Universiteti 3-cü kurs)
5-ci yer:Ağayev Sirac “Yaponiya iqtisadiyyatının sirri“ (Bakı Dövlət Universiteti 3-cü kurs)
Xüsusi mükafat:İsmayılov İlkin “Bir az fərqli yaponlar” (Azərbaycan Dillər Universiteti 3-cü kurs)