3 avqust 2017-ci il, "Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi" layihəsinin açılış mərasimi keçirildi
2017/8/3
"Ot Kökləri və İnsan Təhlükəsizliyi" Qrant Yardımı Proqramı
3 avqust 2017-ci il tarixində Yaponiya Hökumətinin dəstəyilə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıda qeyd olunan açılış mərasimi Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori və Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev və millət vəkili Hadi Rəcəblinin iştirakı ilə Lənkəran rayonunun Günəhir kəndində keçirilmişdir. Açılış mərasimində cənab Rəcəbli və cənab səfir Teruyuki Katorinin çıxışından sonra, layihə çərçivəsində tikilmiş su təchizatına baxış keçirilmişdır.
“Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi” layihəsi
Lənkəran rayonunun Günəhir kəndində,5 kilometr aralıqda yerləşən mənbədən bulağa kimi su təchizatı sisteminin(dəhnə, 40 ton həcmində rezervuar, su xətti (14,3 km), 3 su bulağı) təkmilləşdirilməsilə, yerli sakinlərin içməli suya olan ehtiyaclarının ödənilməsi təmin olunmuşdur. Layihə üzrə qrant müqaviləsi 27 fevral 2017-ci il tarixində Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Qlobal-Humanitar” Qeyri-Hökumət Təşkilatı arasında imzalanıb. Layihənin icrası üçün Yaponiya Hökuməti tərəfindən 82 min 213 ABŞ dolları təqdim olunmuşdur.Açılış mərasimindən görüntülər

