Yaponiya Dövlət Təqaüd Proqramları haqqında (Müəllimlər üçün nəzərdə tutulmuş proqram)

2018/12/28
Kyokensei "Gənc müəllimlər üçün təlim təqaüd proqramı”

1. ÜMUMİ MƏLUMATLAR
(A) Təqaüd proqramının məzmunu:

Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat etmək istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin təqdim etdiyi 1-1.5 illik təqaüdlə təhsil almaq şansı təqdim edən proqramıdır. Təlim kursu ümumillikdə 1 il davam edir, lakin təlim kursuna başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də vardır ki, həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir. Həmçinin, təlim kursu ilə parallel olaraq yapon dilini tədris edən universitetlər də vardır ki, həmin universitetlərdə təqaüd proqramı 1 il davam edir.

Təlimat kitabçası:
• İngilis dilində
• Yapon dilində

(B) Müraciət üçün şərtlər və tələblər:
・Yalnız Azərbaycan vətəndaşı olan şəxslər. Yapon vətəndaşları müraciət edə bilməzlər(Azərbaycan vətəndaşlığı olmayan şəxslər yalnız mənsub olduqları ölkədəki Yaponiya səfirliyinin təqdim etdiyi proqramda iştirak edə bilərlər.)
・2 aprel 1984-cü il tarixindən sonra anadan olan şəxslər
・Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2019-cu il 1 oktyabr tarixinə qədər yaşadığı ölkənin ibtidai, orta təhsil müəssisələrində 5 ildən artıq tədris təcrübəsinə sahib olmaq. Qeyd: Hal-hazırda universitet müəllimi kimi fəaliyyət göstərən şəxslərin müraciəti mümkün deyil.
・Yapon dilini öyrənməyə həvəsli olan şəxslər. Müraciətçilərin Yaponiyaya maraq göstərib, Yaponiyaya gəldikdən sonra ölkə haqqında bilikləri daha da dərinləşdirməyə maraqlı olmaları. Yaponiyada tədqiqat işi ilə məşğul olub, Yaponiyanın həyat tərzinə uyğunlaşmaq.
・Fiziki və əqli cəhətdən tam sağlam şəxslər
・Müraciətçilər proqramda iştirak edib geri döndükdən sonra, yenidən müəllimlik fəaliyyətinə davam edərək ibtidai /orta məktəblərdə və ya müəllimlər üçün təlim məktəblərində dərs deməyi öhdələrinə götürürlər. Yaponiyada təhsil sahəsində tədqiqatların nəticəsinin Azərbaycan təhsil sistemində tətbiq edilməsi şərtlərdən biri olduğu üçün, bu şərtin yerinə yetirilməsi vacibdir. Proqram bitdikdən sonra Azərbaycana qayıda bilməyən və ya yenidən müəllimlik fəaliyyətinə qayıda bilməyən şəxslərdən Yaponiya Hökuməti tərəfindən təqdim olunan təqaüdün geri qaytarılması tələb oluna bilər.

(C) Təqaüd proqramının müddəti:
2019-cu ilin oktyabr ayından (və yaxud təlim kursu başladığı müddətdən) 2021-ci ilin mart ayına kimi, hər universitetin təlim kursuna uyğun tələb olunan müddət. Təqaüd müddətinin uzadılması mümkün deyil.

(D) Yaponiya höküməti tərəfindən maliyyələşdiriləcək hissə:
・Aylıq təqaüd - 143.000 yapon yeni
・İkitərəfli aviabilet(Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)
・Təhsil haqqı və digər (universitetin qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

E) Son illər ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı: 0 nəfər

2. SEÇİM PROSESİNİN TƏQVİMİ:
Qeyd: Prosesin bütün detalları yalnız müraciətçilərə bildiriləcəkdir.
 
8 fevral (cümə) 12:00-dək Sənəd qəbulunun bitməsi
    Sənəd seçim mərhələsindən müvəffəq olmuş şəxslərin elan olunması
23 fevral (şənbə)  Saat daha sonra bildiriləcəkdir Sənəd seçimi mərhələsindən keçən şəxslər üçün yazılı imtahan (yapon dili və ingilis dili üzrə) Yapon dili imtahanı 2 saat, ingilis dili imtahanı isə 1 saat sürəcəkdir.
 Dəqiq tarix bilinmir   Yazılı imtahanın nəticələrinin elanı (Müsahibə mərhələsinə keçən şəxslərin elan olunması)
Dəqiq tarix bilinmir   Müsahibə
İyunun əvvəlləri   MONBUKAGAKUSHO-nun  seçim mərhələsindən keçən şəxslərin elan olunması
İyul-avqust ayları ərzində
 
  MONBUKAGAKUSHO ilə universitetlərin arasında tələbələrin qəbulu haqqında danışıqların keçirilməsi və universitetlərin müəyyənləşməsi
Sentyabr-oktyabr ayları ərzində   Yaponiyaya yola düşmə (yola düşmə tarixi universitet tərəfindən müəyyən olunur)

3. TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:
İbtidai və ya orta təhsil müəssisələrində çalışan müəllimlər üçün Təhsil Proqramı (Kyokensei)

Müraciət üçün lazımı sənədlər aşağıdakılardır: (bütün sənədlərin ingilis və ya Azərbaycan dilində təqdim olunması vacibdir. Sənədləri qara qələmlə doldurmağınız xahiş olunur)

Sənədləri doldurduğunuz zaman nəzər yetirilməli məqamlar

Mütləq şəkildə lazım olan sənədlər:
(1) Müraciət forması (1 nüsxə əsli, 1 nüsxə surəti) (mütləq şəkildə 7 səhifənin hər birinin doldurulmasına diqqət yetirin)
※Fotoşəkil – “Müraciət formasına yapışdırmaq üçün lazımdır. Şərtlər: son 6 ay ərzində çəkilən fotoşəkil; ölçü: 4.5×3.5 sm; şəklin arxasında mütləq şəkildə ad, soyad və milliyətinizi yazmaq

(2) Universitet Seçiminə Dair Müraciət Forması (yalnız 1 nüsxə əsli)
“Universitetlərin kataloqu” (Yaponiyada Təhsil ala biləcəyiniz universitetlər barədə məlumatı bu linkdən ala bilərsiniz. Bu məlumat “Universitet Seçiminə Dair Müraciət Forması” sənədi üçün lazım ola bilər.
Qeyd: Səfirliyimizdə “Universitetlərin kataloqu” vardır. Əgər internetdəki versiyadan məlumatlara baxa bilməsəniz, öncədən xəbər verməklə səfirliyimizə yaxınlaşıb kataloqları götürə (2-3 gün ərzində oxuyub qaytarmaq şərtiylə) bilərsiniz. Kataloq sadəcə 2 ədəd olduğu üçün mütləq şəkildə bizə geri qaytarmağınızı xahiş edirik. Səfirliyə gəlməzdən öncə zəng və ya emaillə xəbər verməyiniz , gün və saat təyin etməyiniz xahiş olunur.

(3)Bitirdiyiniz ali tədris müəssisəsindən aldığınız diplom (əgər diplomunuz ingilis və ya yapon dilində deyilsə, mütləq ingilis və ya yapon dilinə tərcümə olunmuş və notariusda təsdiq olunmuş versiyasını təqdim edin) – 1 nüsxə əsli, 1 nüsxə surəti

(4) Qiymət vərəqəsi və ya Diploma əlavə (əgər diplomunuz ingilis və ya yapon dilində deyilsə, mütləq ingilis və ya yapon dilinə tərcümə olunmuş və notariusda təsdiq olunmuş versiyasını təqdim edin) (1 nüsxə əsli, 1 nüsxə surəti)

(5) İş yerindən arayış (1 nüsxə əsli, 1 nüsxə surəti) – Qeyd: Arayışda sizin ən azı 5 il məktəbdə çalışdığınız aşkar şəkildə qeyd olunmalıdır. Arayışda işə qəbul olduğunuz dəqiq tarix və digər lazımlı məlumatlar qeyd olunmalıdır.

(6) İş yerindən tövsiyyə məktubu (Hazır format da vardır. Lakin, sərbəst üslubda da təqdim edə bilərsiniz) (1 nüsxə əsli, 1 nüsxə surəti) Qeyd: Təkcə direktor deyil, şöbə rəhbəri və digər size tanıyan şəxslərdən tövsiyyə məktubu ala bilərsiniz.

Mütləq şəkildə lazım olmayan sənədlər:
(7) Dil biliyini təsdiqləyən sənəd (məsələn, yapon dili- JLPT sertifikatı, ingilis dili- TOEFL və ya IELTS sertifikatı və əgər varsa dillər dillər üzrə də sertifikatlarınız) (surət - 2 ədəd)

QEYD:
Aşağıdakı sənədi yalnız səfirliyin son seçim mərhələsi olan Müsahibədən keçmiş şəxslər təqdim etməlidir:
Sağlamlıq haqqında arayış (Müvafiq formanı doldurmağınız vacibdir. Forma mütləq şəkildə ingilis dilində həkim tərəfindən doldurulmalı, sonda həkimin imzası və xəstəxananın möhürü olmalıdır) - (1 nüsxə əsli, 1 nüsxə surəti)

4. ƏLAVƏ MƏLUMAT ÜÇÜN LİNK:
Keçmiş illərin seçim imtahanı sualları: (sadəcə nümunədir və məhz Kyokensei imtahanının sualları yoxdur)
http://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1

5. TEZ- TEZ SORUŞULAN SUALLAR üçün bu linkə nəzər sala bilərsiniz.

※Ətraflı məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Məlumat Şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrəsi: +994 12 490 7818/19
FAX: +994 12 490 7817/20
Email ünvanı: culture-info@bk.mofa.go.jp