Səfir Vada Cüniçi ilə Xarici İşlər naziri cənab Ceyhun Bayramovun nəzakət görüşü

2020/8/19
Səfir Vada Cüniçi ilə nazir Ceyhun Bayramovun görüşü Müəlliflik: Azərbaycan Xarici İşlər Nazirliyi
14 avqust tarixində səfir Vada Cüniçi Xarici İşlər naziri cənab Ceyhun Bayramov ilə nəzakət görüşü keçirmiş, etimadnaməsinin surətini təqdim etmişdir. Görüş zamanı nazir Ceyhun Bayramov səfiri Azərbaycana təyinatı ilə əlaqədar təbrik etmiş, səfir Vada Cüniçi isə öz növbəsində cənab Ceyhun Bayramova Xarici İşlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırmışdır. Tərəflər Yaponiya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iqtisadi, siyasi və digər sahələrdə bundan sonrakı qarşılıqlı əməkdaşlıq imkanları haqqında müzakirələr aparmışlar.