YENİ: 2021-ci il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına sənəd qəbulunun elanı
2020/12/7
2021-ci il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına sənəd qəbulunun elanı
(sənəd qəbulu üçün son tarix: 14 fevral)
(sənəd qəbulu üçün son tarix: 14 fevral)
Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan daxil olmaqla, bir çox Avropa ölkələrininin 20 yaşdan yuxarı olan fəal gəncləri- bakalavr, magistr pilləsi tələbələri və işləyən gənclərinin Yaponiya haqqında bilik və anlayışlarının artırılması məqsədiylə həyata keçirilən “MIRAI” proqramına iştirakçı qəbulunu elan edir. Mübadilə proqramı aprel ayından internet üzərindən online şəkildə başlayacaqdır. Yaponiyaya səfər isə 8-16 iyun tarixlərinə (təxmini 1 həftə) planlaşdırılır.
- Proqramın mövzusu və məzmunu
- Kimlər müraciət edə bilər
Qeyd: Xüsusilə, Hüquq fakültəsi, Beynəlxalq əlaqələr fakültəsi, İctimai siyasət fakültəsi, İqtisadiyyat fakültəsi, İdarəçilik faküləsində təhsil alan və hüquq sahəsində tədqiqat aparan tələbələr, şirkətlərdə hüquq sahəsində təcrübəsi olan şəxslərin proqrama müraciətlərini gözləyirik. Müraciət qaydaları haqqında daha ətraflı məlumat üçün PROQRAMIN RƏSMİ SAYTIna nəzər sala bilərsiniz.
- Müraciət qaydası
Müraciət formasını təhvil verən zaman nəzərə alınmalı məqam: “Müraciət formasında” qeyd etdiklərinizi proses zamanı yaddaşda saxlayaraq (draft) daha sonra yenidən yazıya qayıdıb doldurmağa davam edə bilərsiniz.
VACİB QEYD!
Formanı dolduran zaman aşağıda qeyd olun məqamlara nəzər salaraq, aşağıdakı 2 hissəni mütləq şəkildə, unutmadan doldurmağınız və bütün vacib sənədləri və faylları “Müraciət formasına” yükləməyiniz xahiş olunur.
(1)「Step 4」-də olan「Essay」hissəsinin içərisində “If the embassy of Japan in your country of residence requires you to answer any additional questions, please type your answer here. If there is no instruction from the Embassy, you can leave it blank.” olan hissədə bu 2 məqamı mütləq şəkildə qeyd etməyiniz xahiş olunur:
・Bu proqrama müraciət etmə səbəbiniz
・Sizin hüquq sahəsində təhsil, tədqiqat və ya iş təcrübənizin qısa məzmunu
(2)「Step 4」-də 「Uploads」hissəsində “If the embassy of Japan in your country of residence requires you to submit any additional documents, please upload it here. If there is no instruction from the Embassy, you can leave it blank.”qeyd olunmuş yerdə sizin tədqiqat məqaləniz və ya tədqiqat işinizin abstraktını da müraciət formasına yükləməyiniz xahiş olunur (əgər varsa).
“Müraciət formasında” bu məqamlara aşağıdakı şəkildən nəzər sala bilərsiniz:

Son müraciət tarixi 14 fevraldır. Hər birinizin müraciətini səbrsizliklə gözləyirik!
4. Proqram cədvəli
14 fevral | Müraciət üçün son tarix |
19 fevral | Sənəd seçim nəticəsinin elanı |
22-26 fevral | Müsahibə |
Aprelin əvvəlləri | Bələdçilik, Proqramla tanışlıq mərhələsi (ONLINE) |
Aprel~may | Universitlər ilə mübadilə, mühazirələr və müzakirələr (ONLINE) |
May~iyun | Yaponiyaya səyahət ※ |
※ Yeni koronavirusun geniş yayılması nəticəsində Yaponiyaya uçuşların mümkün olmaması səbəbindən Yaponiyaya getməyinizin mümkün olmaması ehtimalı vardır. Bunu öncədən nəzərə almağınızı xahiş edirik.
5. Əlavə məlumat
Yuxarıda qeyd olunanları və MIRAI Proqramının Rəsmi internet səhifəsini oxuduqdan sonra suallarınız olarsa, səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına “MIRAI 2021:Ad və familiyanız” şəklində maillə müraciət etməyinizi xahiş edirik. Eyni zamanda, səfirliyin rəsmi Facebook səhifəsinin Mesaj hissəsinə də suallarınızı yönləndirə bilərsiniz. Suallarınız 3 iş günü ərzində cavablandırılacaqdır. 3 iş günü keçsə də, sizə cavab gəlmədiyi təqdirdə yenidən göndərməyiniz xahiş olunur.