“Nikkensei- Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulunun elanı
2020/12/21
“Nikkensei- Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulunun elanı
(Yaponiyada təhsilin başlanması 2021-ci il)
(Yaponiyada təhsilin başlanması 2021-ci il)
SON MÜRACİƏT TARİXİ: 29 YANVAR, 2021-Cİ İL
2021-ci ildə Yaponiyada təhsilin başlayacağı “Nikkensei- Yapon Dili və Yapon Mədəniyyətini tədqiq edən tələbələr” (qısaca, “Nikkensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 29 yanvar (cümə) olaraq təyin olunmuşdur. Gecikmədən qeyd olunan tarixədək müraciət etməyinizi xahiş edirik. Müraciətlərinizi səbrsizliklə gözləyirik!
1. “Nikkensei” proqramı haqqında
Gələcəkdə yapon dili və mədəniyyətinə dair təhsilini davam etdirmək və ya tədqiqat aparmağı arzulayan şəxslər üçün Yaponiyada 1 illik təlim şansı təklif edən, bakalavr pilləsi tələbələri üçün nəzərdə tutulmuş təhsil proqramıdır.Müraciətçilər bu əsas şərtə cavab verməlidirlər:
- 18-30 yaş arası Azərbaycandakı universitetlərdə yapon dili və yapon mədəniyyəti ilə bağlı ixtisas üzrə təhsil almalı (hal-hazırda Azərbaycanda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetininin yapon dili ixtisası üzrə təhsil alan tələbələri bu proqrama müraciət edə bilirlər)
- 2021-ci ilin 1 sentyabr tarixinədək universitetdə yapon dili və yapon mədəniyyəti üzrə toplam 1 ildən artıq təhsil müddətinin tamam olması
- Yaponiyada təhsil alacağı 1 il ərzində və geri döndükdən sonra Azərbaycandakı universitetdə bakalavr pilləsi üzrə qeydiyyatda qalmalı, məzun olmamalıdır.
2. Müraciət üsulu
Müraciət etmək istəyən şəxslər aşağıdakı ardıcıllıqla 29 yanvar saat 14:00-dək proqrama müraciət edə bilərlər.Addım 1
Bu səhifədən daxil olaraq “Müraciət qaydaları” (Application Guidelines) sənədini diqqətlə oxumaq. Bu linkdə qaydaları həm yapon, həm də ingilis dilində oxuya bilərsiniz.
Addım 2
Proqram haqqında tərtib etdiyimiz “Tez-tez soruşulan suallar” (azərbaycan dilində) hissəsinə nəzər salmaq.
Addım 3
“Kursların kataloqu” 「コースガイド一覧」(siyahı yalnız yapon dilindədir)sənədinə nəzər salaraq təhsil almaq istədiyiniz universiteti və proqramı seçməyiniz gərəkdir. Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur.
Addım 4
Bu səhifədən müraciət üçün lazım olan sənədləri yükləyib, lazımlı hissələri doldurmağınız xahiş olunur. Eyni zamanda, müraciət üçün lazım olan sənədlərin tam siyahısına “Application Guidelines” (募集要項) sənədinin 6-cı səhifəsindən (sənədlərin arasında hazır formatları olan, qeyd olunan linkdən yükləyib doldurmalı olduğunuz və universitet və ya digər qurumlardan əldə etməli olduğunuz sənədlər vardır. Siyahıya diqqətlə nəzər yetirməyiniz xahiş olunur) nəzər sala bilərsiniz.
Addım 5
29 yanvar saat 14:00 tarixinədək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir. Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur.
Mailin başlığı:MEXT 2021 Nikkensei: Ad və Soyadınız
VACİB QEYD: Müraciət sənədlərinin orijinallarını itirməməyiniz və imtahanda iştirakınız zamanı özünüzlə gətirib səfirlik əməkdaşlarına təhvil verməyiniz xahiş olunur. Xüsusi səbəblərdən “Sağlamlıq haqqında arayış” və ya universitet tərəfindən təqdim olunmalı sənədlərin alınmasında çətinlik olarsa, səfirliklə məsləhətləşməyiniz xahiş olunur.
Addım 6
Mail göndərdikdən sonra 2 iş günü ərzində sizə səfirlik tərəfindən “müraciətçi nömrəniz” və “sənədlərinizin qəbul olunmasının” qeyd olunduğu təsdiq maili göndəriləcəkdir. Əgər sizə təsdiq maili gəlməyibsə, həftəiçi iş günləri saat 10:00-13:00 aralığında səfirliyin(+99412-4907818)nömrələri ilə əlaqə saxlayaraq məlumat bildirməyiniz xahiş olunur. Həmin zaman təhsil üzrə əməkdaş sizin zənglərinizə cavab verə bilməzsə və ya işdə olmazsa, tez zamanda sizə geri dönüş olunacaqdır. Odur ki, telefonda sizinlə danışacaq şəxsə ad və familiyanızı, əlaqə nömrənizi bildirməyiniz mütləqdir. Bunu unutmamağınızı xahiş edirik.
Təhvil verilən sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
3. Müraciətçilər üçün BRİFİNQ
Yaponiya Səfirliyi “Nikkensei” proqramı ilə bağlı online brifinq keçirəcəkdir. Brifinqdə iştirak etmək istəyən şəxslər aşağıdakı məlumatla tanış olduqdan sonra qeydiyyat üçün gərəkli məlumatları göndərib qoşula bilərlər:
Tarix: 25 dekabr (cümə)
Saat: 12:30-13:30
Harada: ZOOM proqramı üzərindən ONLİNE şəkildə
Kimlər iştirak edə bilər: “Nikkensei” proqramına bu il və ya gələcək illərdə müraicət etməyi planlaşdıran Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin yapon dili ixtisası üzrə tələbə və müəllimləri
Qeydiyyat üçün: 24.12.2020 tarixinədək (saat 12:00-dək) səfirliyin mail ünvanına və ya Facebook səhifəsinə bu məlumatları göndərməyiniz xahiş olunur:
1) Ad və familiyanız
2) Təhsil aldığınız universitet və ixtisasınız
3) Proqramla bağlı sualınız varsa öncədən maildə qeyd edə bilərsiniz.
Qeyd: Brifinqdə heç cür iştirak edə bilməyəcək şəxslər üçün daha sonra brifinqin videoyazısını göndərməyimiz mümkün ola bilər. Bununla bağlı dəqiq məlumat olmadığı üçün imkan daxilində iştirak etməyinizi xahiş edirik.
- Qeydiyyatdan keçmiş şəxslərə 24 və ya 25 dekabr (səhər) Zoom iştirak linki göndəriləcəkdir. Həmin tarixlərdə maillərinizi yoxlamağınızı xahiş edirik.
4. Müraciət zamanı nəzərə alınmalı məqamlar
Bu ilki seçimlərdə sənəd qəbulu mərhələsindən keçən şəxslər, başqa sözlə söyləsək yazılı imtahanda iştirak edəcək şəxslərin sayını 5-10 nəfərədək məhdudlaşdırmaq planlaşdırılır. Yeni koronavirusun geniş yayıldığı zamana təsadüf etdiyi üçün imtahanın keçirilməsinin ləğv olunması və ya proqrama seçimlərin dayandırılmasının qarşısını almaq məqsədiylə atmalı olunan vacib addımlardan biridir. Bununla bağlı anlayışınızı xahiş edirik.Qeyd etmək istərdik ki, Azərbaycan hökuməti tərəfindən təyin olunacaq qayda və təlimatlardan asılı olaraq bu sənəddə qeyd olunan seçim cədvəli və ya proqrama seçim formatında dəyişikliklər olunması və ya seçim prosesinin dayandırılması ehtimalı da vardır. Bu məqamları da nəzərə almağınızı xahiş edirik.
5. Proqramın cədvəli
2020 | Dekabr | 21 | Sənəd qəbulunun başlanması |
2021 | Yanvar | 29 | Saat 14:00 Sənəd qəbulunun son tarixi |
Fevral | 3 | Sənəd seçim mərhələsinin nəticələrinin elanı | |
8 | Yazılı imtahan (yapon dili üzrə- 2 saat) | ||
10 | Yazılı imtahan nəticələrinin elanı | ||
18 | Müsahibə | ||
19 | Müsahibədən müvəffəq olmuş (proqramın 1-ci seçim mərhələsindən keçmiş) şəxslərin elanı | ||
İyun | 2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı | ||
İyul-avqust | Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması | ||
Sentyabr-oktyabr | Proqram qaliblərinin Yaponiyada təhsilinin başlanması |
6. Əlavə məlumat
Yuxarıda qeyd olunan bütün məqamları oxuduqdan, müraciət qaydaları ilə yaxından tanış olduqdan sonra hər hansısa sualınız olarsa, Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsi ilə əlaqə saxlaya bilərsiniz:
Mail
Facebook