“Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulunun elanı
2021/1/19
“Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulunun elanı
(Yaponiyada təhsilin başlanması 2021-ci il)
(Yaponiyada təhsilin başlanması 2021-ci il)
SON MÜRACİƏT TARİXİ: 29 YANVAR, 2021-Cİ İL
2021-ci ildə Yaponiyada təhsilin başlayacağı “Kyokensei-Gənc müəllimlər üçün təlim” (qısaca, “Kyokensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 29 yanvar (cümə) olaraq təyin olunmuşdur. Gecikmədən qeyd olunan tarixədək müraciət etməyinizi xahiş edirik. Müraciətlərinizi səbrsizliklə gözləyirik!
1. “Kyokensei” proqramı haqqında məlumat
“Kyokensei” hal-hazırda Azərbaycanın ibtidai və ya orta təhsil müəssisələrində (məktəblərdə) çalışan gənc müəllimlər üçün nəzərdə tutulmuş, onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistr pilləsi proqramıdır. Qalib şəxslər Yaponiyaya getdikdən sonra ehtiyac olduğu təqdirdə, 6 ay müddətində yapon dili üzrə hazırlıq təhsili alıb universitet tərəfindən təqdim olunacaq 1 illik təlim proqramında təlim- tədris prosesi və təhsillə bağlı sahədə dərslərdə iştirak edə bilərlər.Müraciətçilər bu şərtlərə cavab verməlidirlər:
- 2 aprel 1986-cı il tarixindən sonra anadan olmuş şəxslər
- Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2021-ci il 1 oktyabr tarixinə qədər yaşadığı ölkənin ümumtəhsil müəssisələrində 5 ildən artıq müəllimlik təcrübəsinə malik olan şəxslər. Qeyd: Universitet müəllimi kimi fəaliyyət göstərən şəxslər bu proqrama müraciət edə bilməz.
2. Müraciət üsulu
Müraciət etmək istəyən şəxslər aşağıdakı ardıcıllıqla 29 yanvar saat 14:00-dək proqrama müraciət edə bilərlər.Addım 1
Bu səhifədən daxil olaraq “Müraciət qaydaları” (Application Guidelines) sənədini diqqətlə oxumaq. Bu linkdə qaydaları həm yapon, həm də ingilis dilində oxuya bilərsiniz.
Addım 2
Proqram haqqında tərtib etdiyimiz “Tez-tez soruşulan suallar” (azərbaycan dilində) hissəsinə nəzər salmaq.
Addım 3
“Kursların kataloqu” 「コースガイド一覧」(siyahıya yapon və ingilis dillərində baxmaq olar)sənədinə nəzər salaraq təhsil almaq istədiyiniz universiteti və proqramı seçməyiniz gərəkdir. Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur.
Addım 4
Bu səhifədən müraciət üçün lazım olan sənədləri yükləyib, lazımlı hissələri doldurmağınız xahiş olunur. Eyni zamanda, müraciət üçün lazım olan sənədlərin tam siyahısına “Application Guidelines” (募集要項) sənədinin 6-cı səhifəsindən nəzər sala bilərsiniz (sənədlərin arasında hazır formatları olan, qeyd olunan linkdən yükləyib doldurmalı olduğunuz və universitet və ya digər qurumlardan əldə etməli olduğunuz sənədlər vardır. Siyahıya diqqətlə nəzər yetirməyiniz xahiş olunur).
Addım 5
29 yanvar saat 14:00 tarixinədək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir. Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur.
Mailin başlığı:「MEXT 2021 Kyokensei: Ad, Familiyanız」
VACİB QEYD: Müraciət sənədlərinin orijinallarını itiməməyiniz və imtahanda iştirakınız zamanı özünüzlə gətirib səfirlik əməkdaşlarına təhvil verməyiniz xahiş olunur. Xüsusi səbəblərdən “Sağlamlıq haqqında arayış” və ya dərs dediyiniz məktəb tərəfindən təqdim olunmalı sənədlərin alınmasında çətinlik olarsa, səfirliklə məsləhətləşməyiniz xahiş olunur.
Addım 6
Mail göndərdikdən sonra 2 iş günü ərzində sizə səfirlik tərəfindən “müraciətçi nömrəniz” və “sənədlərinizin qəbul olunmasının” qeyd olunduğu təsdiq maili göndəriləcəkdir. Əgər sizə təsdiq maili gəlməyibsə, həftəiçi iş günləri saat 10:00-13:00 aralığında səfirliyin(+99412-4907818)nömrələri ilə əlaqə saxlayaraq məlumat bildirməyiniz xahiş olunur. Həmin zaman təhsil üzrə əməkdaş sizin zənglərinizə cavab verə bilməzsə və ya işdə olmazsa, tez zamanda sizə geri dönüş olunacaqdır. Odur ki, telefonda sizinlə danışacaq şəxsə ad və familiyanızı, əlaqə nömrənizi bildirməyiniz mütləqdir. Bunu unutmamağınızı xahiş edirik.
Vacib qeyd: Təhvil verilən sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
3. Müraciətçilər üçün BRİFİNQ
Yaponiya Səfirliyi “Kyokensei” proqramı ilə bağlı online brifinq keçirəcəkdir. Brifinqdə iştirak etmək istəyən şəxslər aşağıdakı məlumatla tanış olduqdan sonra qeydiyyat üçün gərəkli məlumatları göndərib qoşula bilərlər:Tarix: 6 yanvar (çərşənbə)
Saat: 16:00-17:00
Harada: ZOOM proqramı üzərindən ONLİNE şəkildə
Kimlər iştirak edə bilər: “Kyokensei” proqramı ilə maraqlanan bütün şəxslər (müəllimlər, təhsil müəssisələri əməkdaşları, təhsil sahəsində olan hər kəs)
Qeydiyyat üçün: 05.01.2021 tarixinədək (saat 12:00-dək) səfirliyin mail ünvanına və ya Facebook səhifəsinə bu məlumatları göndərməyiniz xahiş olunur:
1) Ad və familiyanız
2) Mənsub olduğunuz qurum
3) Proqramla bağlı sualınız varsa öncədən maildə qeyd edə bilərsiniz.
Qeyd: Qeydiyyatdan keçmiş şəxslərə 5 və ya 6 yanvar (səhər) Zoom iştirak linki göndəriləcəkdir. Həmin tarixlərdə maillərinizi yoxlamağınızı xahiş edirik.
4. Müraciət zamanı nəzərə alınmalı məqamlar
Bu ilki seçimlərdə sənəd qəbulu mərhələsindən keçən şəxslər, başqa sözlə söyləsək yazılı imtahanda iştirak edəcək şəxslərin sayını 5-10 nəfərədək məhdudlaşdırmaq planlaşdırılır. Yeni koronavirusun geniş yayıldığı zamana təsadüf etdiyi üçün imtahanın keçirilməsinin ləğv olunması və ya proqrama seçimlərin dayandırılmasının qarşısını almaq məqsədiylə atmalı olunan vacib addımlardan biridir. Bununla bağlı anlayışınızı xahiş edirik.Qeyd etmək istərdik ki, Azərbaycan hökuməti tərəfindən təyin olunacaq qayda və təlimatlardan asılı olaraq bu sənəddə qeyd olunan seçim cədvəli və ya proqrama seçim formatında dəyişikliklər olması cə ya seçim prosesinin dayandırılması ehtimalı da vardır. Bu məqamları da nəzərə almağınızı xahiş edirik.
5. Proqramın cədvəli
2020 | dekabr | 21 | Sənəd qəbulunun başlanması |
2021 | yanvar | 29 | 14:00 Sənəd qəbulunun son tarixi |
fevral | 3 | Sənəd seçim mərhələsinin nəticələrinin elanı | |
9 | Yazılı imtahan (yapon dili: 2 saat; ingilis dili: 1 saat) | ||
10 | Yazılı imtahan nəticələrinin elanı | ||
18 | Müsahibə | ||
19 | Müsahibədən müvəffəq olmuş (proqramın 1-ci seçim mərhələsindən keçmiş) şəxslərin elanı | ||
iyun | 2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı | ||
İyul-avqust | Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması | ||
Sentyabr-oktyabr | Proqram qaliblərinin Yaponiyada təhsilinin başlanması |