“2022-ci il Yaponiya-Azərbaycan Dostluq ili” tədbirləri ilə bağlı sloqan yarışmasının elanı
2021/1/5
1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətləri siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olmuşdur.
2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tamam olacaqdır. Həmin il “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunaraq, Azərbaycanda və Yaponiyada iki ölkə arasında müxtəlif mədəniyyət sahələri üzrə mübadilə və insan resurslarının qarşılıqlı mübadiləsinin inkişaf etdirilməsi planlaşdırılır.
“Yaponiya-Azərbaycan Dostluq İlini” birgə təntənəli şəkildə qeyd etmək və iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün sloqan yarışmasına start veririk. Seçilmiş sloqan 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaqdır. Aktiv şəkildə müraciətlərinizi gözləyirik!
Qeyd etmək istərdik ki, sloqan müəyyənləşdikdən sonra 19 yanvar tarixindən “Yaponiya-Azərbaycan Dostluq İlini” təcəssüm etdirəcək loqo yarışmasını elan etməyi düşünürük. Loqo yarışması haqqında ətraflı məlumat daha sonra açıqlanacaqdır.
Sloqanların qəbulu müddəti
5 yanvar, 2021-ci il~17 yanvar, 2021-ci il tarixinədək (saat 17:00-dək)
Müraciət üçün şərtlər
Azərbaycan və ya yapon vətəndaşlığı olan şəxslər
Müraciət üçün qaydalar
Müraciət üsulu
Bu linkdən daxil olaraq müraciət etməyiniz xahiş olunur.
Qeyd: Sloqanları göndərərkən maillə deyil, bu linkdən daxil olaraq birbaşa müraciət etməyiniz xahiş olunur.
Əlavə məlumat
Bu elanla bağlı suallarınızı yalnız mail vasitəsilə bizə göndərməyiniz xahiş olunur. Suallarınızı göndərən zaman mailin başlığını “Sloqan 2022- Ad və familiyanız” olaraq qeyd edib, bu mailə göndərməyiniz xahiş olunur.
Qalibin elan olunması
Seçilmiş sloqan qalib şəxsə birbaşa bildirməklə yanaşı, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi və sosial media hesablarında paylaşılacaqdır. Qalib şəxs Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən təltif olunacaqdır.
Nəzərə alınmalı məqamlar

- Sloqan azərbaycan dilində yazılmalıdır.
- İndiyədək heç bir yerdə yayımlanmayan yeni və unikal hazırlanmış olmalıdır. Təkrar olmamalıdır.
- Daha çox insan üçün yaddaqalan, nəzərəçarpan olması üçün sadə olmaqla yanaşı, səsləndirilməsinin səlis və axıcı olması (sloqanın söz sayında məhdudiyyət yoxdur)
- Sloqanın “Yaponiya Azərbaycan Dostluq İli” ilə bağlı aşağıdakı anlayışları özündə ehtiva etməsi
- Yaponiya və Azərbaycan xalqı arasında qarşılıqlı anlaşma və münasibətlərin genişləndirilməsi
- Mədəniyyət, biznes, siyasət, idman, əlillərlə iş, elm və təhsil kimi müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə iki ölkə insanları arasındakı mübadilənin genişləndirilməsi
- Təkcə Yaponiya və Azərbaycanın paytaxt şəhərlərində deyil, region və digər şəhərlərində də qarşılıqlı mübadilənin təbliğ olunması
Müraciət üsulu
Bu linkdən daxil olaraq müraciət etməyiniz xahiş olunur.
Qeyd: Sloqanları göndərərkən maillə deyil, bu linkdən daxil olaraq birbaşa müraciət etməyiniz xahiş olunur.
Əlavə məlumat
Bu elanla bağlı suallarınızı yalnız mail vasitəsilə bizə göndərməyiniz xahiş olunur. Suallarınızı göndərən zaman mailin başlığını “Sloqan 2022- Ad və familiyanız” olaraq qeyd edib, bu mailə göndərməyiniz xahiş olunur.
Qalibin elan olunması
Seçilmiş sloqan qalib şəxsə birbaşa bildirməklə yanaşı, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi və sosial media hesablarında paylaşılacaqdır. Qalib şəxs Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən təltif olunacaqdır.
Nəzərə alınmalı məqamlar
- Müraciətçi bu yarışmaya müraciət etməklə seçilmiş sloqan ilə bağlı bütün müəlliflik hüquqlarının Yaponiya Səfirliyinə ötürülməsinə və sloqanla bağlı müəlliflik hüquqların ilə bağlı iddia etməməsinə razılıq verir.
- Müraciətlərlə bağlı şəxsi məlumat Yaponiyanın Azərbaycandakı Səfirliyində saxlanılaraq, yalnız seçim prosesi, qalibin elan olunması və təltifolunma zamanı lazım olduqda istifadə oluna bilər.
- Qalib sloqan üzərində cüzi dəyişikliklər edilməsi mümkündür.
- Eyni sloqan bir neçə nəfər tərəfindən təqdim olunduğu və həmin sloqanın qalib olduğu təqdirdə, həmin loqo ilə bağlı ilkin olaraq müraciət formasını təqdim etmiş şəxs qalib hesab olunacaqdır.
- Qalib şəxsin təltif olunması Yaponiyanın Azərbaycandakı Səfirliyində həyata keçiriləcəkdir. Qalib şəxs Yaponiyada olduğu təqdirdə, qalibiyyətə rəğmən sertifikatın təqdim olunması mümkün olmaya bilər. Bunu öncədən nəzərə almağınız xahiş olunur.