“2022-ci il Yaponiya-Azərbaycan Dostluq İli” ilə bağlı sloqan yarışmasının nəticələri
2021/1/26

“Yaponiya-Azərbaycan Dostluq İlini” təntənəli şəkildə qeyd etmək, iki ölkə insanları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün sloqan yarışması keçirilmiş, son müraciət tarixi 19 yanvarədək 61 nəfərdən çox müraciətçi yarışmada iştirak etmişdir. Səfirlikdaxili və daha sonra sosial media hesablarımızdakı izləyicilərimizin seçimlərinə əsasən aşağıdakı sloqan qalib olmuşdur.
Müəllif: Ramazan Ağayev (Azərbaycan Kendo Təşkilatının rəhbəri)
Sloqan: Günəşimizi Alovlandıraq!
Sloqanda əks olunan məna:
“Günəş” Gündoğar ölkə kimi tanınan Yaponiya, “Alov” isə Odlar Yurdu Azərbaycanı ifadə etmiş olur. “Günəşimiz” (Bizim Günəşimiz) ifadəsi isə, Dostluq İlində azərbaycanlılar üçün Yaponiyanın daha da yaxın ölkə olması arzusunu özündə əks etdirir.
Seçilmiş sloqan “Dostluq İlinə” aid azərbaycan dilində istifadə olunacaq sloqan olaraq, 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaqdır. Qalib şəxs Ramazan Ağayevə Yaponiya səfiri tərəfindən sertifikat təqdim olunacaqdır.
Və nəhayət, seçilmiş sloqanı da istifadə etməklə, “Yaponiya-Azərbaycan Dostluq İli” üçün loqo yarışmasına start verməyi düşünürük. Yaxın zamanlarda yarışmanın detalları sizinlə paylaşılacaqdır.