"Qırğızıstan-Azərbaycan Yapon Dili tələbələrinin görüşü"-İştirak elanı

2021/2/8
Qırğızıstan- Yaponiya İnsan İnkişafı Mərkəzi və Yaponiya Səfirliyinin birgə təşkilatçılığı ilə online formatda “Qırğızıstan-Azərbaycan Yapon Dili  tələbələrinin görüşü” adlı tədbir həyata keçiriləcəkdir. Format olaraq, indiyədək keçirilən “Yapon Dili Danışıq Klubu” məzmununa yapon mədəniyyətinə aid təqdimat hissəsinin də əlavə olunmasından ibarət olacaqdır. Yapon dilini istifadə etməklə yaponlar ilə əlaqə qurmaq, yapon dili və yapon mədəniyyəti ilə yaxından tanış olmaq üçün gözəl şans olduğunu düşünürük və yapon dilini tədris edən bütün şəxslərin aktiv şəkildə iştirakını gözləyirik.
 
Tarix:  26 fevral, 2021-ci il (cümə)
Saat: 16:0018:30(Azərbaycan vaxtı ilə)
Məkan: online formatda (Zoom proqramı üzərindən həyata keçiriləcəkdir)
 
Tədbirin proqramı:  “Yapon dilində təqdimat” və “Yapon Dili Danışıq Klubu” adlı 2 hissədən ibarət olacaqdır. İstəyə əsasən, yalnız bir hissədə də iştirak mümkündür.
 
1”Yapon dilində təqdimat” 16:0017:00
Mövzu: “Ölkəm haqqında danışmaq istərdim”
16:00~16:10 Açılış nitqi
16:10~16:25 Təqdimat çıxışı 1    Qırğızıstanda yapon dili tədris edən iştirakçı 
16:30~16:45 Təqdimat çıxışı 2   Azərbaycanda yapon dili tədris edən iştirakçı
16:45~17:00 Təqdimat çıxışı 3   Yapon qonaq
 
 (2) “Yapon Dili Danışıq Klubu” 17:0018:30
17:00~17:10 Qaydaların izahı
17:10~17:15 Yapon qonağın salamlama nitqi
17:15~17:45 Danışıq və mübadilə: Hissə 1
17:50~18:10 Danışıq və mübadilə: Hissə 2
18:10~18:25 Yapon dili tələbələrinin təəssüratlarını bölüşməsi (hər qrupdan 1 nəfər)
18:25~18:30 Xatirə şəkli çəkilişi (bağlanış 18:30)
 
Kimlər iştirak edə bilər:
Azərbaycanda yapon dilini öyrənən, yapon dilini bilən hər kəs.  
Yaş və ya mənsub olduğu qurumla bağlı heç bir məhdudiyyət yoxdur.
 
İştirakçı sayı:
(1) “Tədqimat” hissəsi: say məhdudiyyəti yoxdur.
(2) Danışıq və Mübadilə Hissəsi: 30 nəfər azərbaycanlı iştirakçı və 10 nəfər yapon iştirakçı (Qırğızıstan tərəfindən 30 nəfər yapon dili tələbəsinin iştirakı planlaşdırılır)
 
İştirak üçün müraciət üsulu:
Bu mail ünvanına aşağıda qeyd olunmuş başlıq və mətni əlavə edərək, 22 fevral saat 17:00-dək müraciət etməyiniz xahiş olunur.
 
Mailin başlığı: Yapon Dili Danışıq və Mübadilə Görüşü (ad və soyadınız)
Mailin mətni:
Ad və soyadınız:
Tədbirdə iştirak etmək istədiyiniz hissə:  “Təqdimat” hissəsi;   “Yapon Dili Danışıq Klubu”;   hər ikisi
Mənsub olduğunuz qurum:
Yapon dili tədrisi tarixcəniz (müddət):   (məsələn, “1-ci kurs tələbəsi” və ya “1 ay”)
 
  • “Yapon dili Danışıq Klubu” hissəsində ilk 30 müraciət edən iştirakçı iştirak edə biləcəkdir.  “Yapon dili Danışıq Klubu” hissəsində iştirak etmək istəyən şəxslərə tez zamanda müraciət etməklərini tövsiyə edirik.