Koronavirusla bağlı tədbiq edilmiş yeni məhdudiyyətlər haqqında əhəmiyyətli məlumat

2021/3/16
1. Yaponiya Milli Təhlükəsizlik Şurasının 1 aprel 2020-ci il tarixli iclasında "Sərhəd Nəzarətinin Gücləndirilməsi üçün Yeni Tədbirlər" qətnaməsi qəbul edilmişdir. Bu qətnamə xarici ölkələrdə koronavirusun yayılması fonunda qəbul edilmiş və infeksiyanın daha da çox yayılmasının qarşısını almaq üçün digər ölkələr tərəfindən görülən tədbirlərlə birlikdə sərhəd nəzarətinin gücləndirilməsi tədbirləri daxil olmaqla proaktiv tədbirlər görməyi hədəfləyir.
 
2. Yaponiya Səfirliyi tərəfindən təqdim edilmiş bütün növ birdəfəli və çoxdəfəli vizalar 3 aprel 2020-ci il tarixindən etibarən və məhdudiyyətlər aradan qaldırılana kimi dayandırılır.
 
3. Yaponiya Milli Təhlükəsizlik Şurasının 26 dekabr 2020-ci il tarixli iclasında "Sərhəd Nəzarətinin Gücləndirilməsi üçün Yeni Tədbirlər" qətnaməsi əsasında yeni qərar qəbul edilmişdir. 
  • 28 dekabr 2020-ci il saat 00:00-dan 21 mart 2021-ci il tarixinə qədər ( yekun müddət 5 mart 2021-ci il tarixli qərara əsasən uzadılmışdır) viza üçün sənədlərin qəbulu dayandırılır. İstənilən növ “Yaponiyada fəaliyyət statusunu təyin edən sertifikat”-ı olan şəxslərin viza müraciətlərinə də baxılmayacaq.
  • 4 yanvar saat 00:00-dan 21 mart 2021-ci il tarixinə qədər 1 oktyabr 2020-ci il tarixindən sonra təqdim edilmiş viza ilə ölkəyə giriş etmək mümkün olmayacaq ((3) bənddə qeyd olunan sənədləri olan şəxslər buraxılacaq).
  • 4 yanvar 2021-ci il tarixindən sonra və yenidən giriş icazəsi (reentry-permit) olan xarici vətəndaşlar ölkəyə buraxılacaqdır.

4. 28 dekabr 2020-ci il tarixindən qeydolunanlar etibarsız hesab edilirYaponiyanın Milli Təhlükəsizlik Şurasının 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən 1 oktyabr 2020-ci il tarixindən etibarən aşağıda qeyd olunmuş katyeqoriyalar üzrə xarici vətəndaşlarının Yaponiyaya səfər etməsinə icazə verilir:

  • Yaponiyada fəaliyyət statusunu təyin edən sertifikat” ( Certificate of Eligibility) əldə etmiş şəxslər. 1 Oktyabr 2019-cu ildən sonra təqdim edilmiş sertifikatların müddəti uzadılır.
  • Yaponiyaya qısa müddətli işgüzar səfər, mədəniyyət və ya idman mübadiləsi üçün səyahət edən vətəndaşla 
5. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Yaponiyaya səyahət etməyi planlaşdıran xarici vətəndaşlar uçuşdan 72 saat əvvəl COVID 19 testindən keçməlidirlər.
Yaponiyanın hava limanında Azərbaycandan yola düşmədən öncə alınan COVID-19 üçün “PCR” testin nəticələrini əks edən sertifikatının olmasına baxmayaraq, siz yenidən koronavirus testindən keçməli olacaqsınız.
Bundan əlavə, qeyd etməliyik ki, 14 gün ərzində karantin tədbirlərinə riayət etmək lazım olacaq. Hava limanından təyinat nöqtəsinə hərəkət edərkən ictimai nəqliyyatdan istifadə etməyə icazə verilmir.
 

6. Yaponiyaya səfərindən 14 gün əvvəl aşağıdakı ölkələrə səfər etmiş xarici Yaponiyaya girişinə icazə verilmir:
ABŞ, Albaniya, Almaniya, Andorra, Antiqua və Barbuda, Argentina, Avstriya, Avstraliya, Azərbaycan, Bahamalar, Banqladeş, Barbados, Belarusiya, Beliz, Belçika, BƏƏ, Bəhreyn, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Böyük Britaniya, Braziliya, Butan, Cənubi Afrika, Cənubi Koreya, Cənubi Sudan, Cibuti, Çernoqoriya, Çex Respublikası, Çili, Çin (Hong Kong və Makao daxil olmaqla), Danimarka, Dominika, Dominik Respublikası, Ermənistan, Ekvador, Ekvatorial Gine, Esvatini Krallığı, Estoniya, Efiopiya, El Salvador, Əfqanıstan, Əlcəzair, Filippin, Finlandiya, Fələstin, Fransa, Gürcüstan, Haiti, Hindistan, Hollandiya,  Honduras, Xorvatiya, İsveçrə, İsveç, İsrail, İndoneziya, İraq, İran , İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kabo Verde,  Kamerun, Kanada, Keniya, Kipr, Kolumbiya, Komor adaları, Konqo Respublikası, Kosovo Respublikası, Kosta Rika, Kotdivuar (Fil Dişi Sahili), Kuba, Küveyt, Qabon, Qayana, Qambiya, Qana, Qvatemala, Qviney, Qviney-Bisau, Qazaxıstan, Qırğızıstan, Qrenada, Latviya, Lesoto, Liberya, Livan, Liviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Mavriki, Mavritaniya, Madaqaskar, Malavi, Malayziya, Maldiv adaları, Malta, Mərakeş, Meksika, Moldova, Monako, Misir, Namibiya, Nepal, Nigeriya, Nikaraqua,  Norveç, Oman, Orta Afrika, Özbəkistan, San Marino, Sao Tome və Prinisi, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya, Seneqal, Sent-Vinsent və Qrenadin, Sent Kits və Nevis, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Somali, Sudan, Surinam, Syerra Leone, Tacikistan, Tayland, Tayvan, Trinidad və Tobaqo, Tunis, Türkiyə, Ukrayna, Uruqvay, Vatikan, Venesuela, Vyetnam, Zambiya, Zimbabve, Yamayka, Yeni Zelandiya, Yunanıstan.
 
Yeni tədbirlərlə bağlı daha ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz.
https://www.mofa.go.jp/ca/fna/page4e_001053.html#section3
 
Nəzərinizə çatdırırıq ki, Yaponiya Səfirliyi qısaldılmış iş rejimində fəaliyyət göstərdiyi üçün konsulluq məsələləri ilə bağlı müraciət etmədən öncə bizimlə əlaqə saxlayaraq görüş tarixi təyin etməyiniz xahiş olunur.
 
Consular and Visa Affairs:
Telephone:  (+994 12) 490 78 18/19 (internal: 1)
E-mail: consular@bk.mofa.go.jp