Novruz bayramı münasibətilə Yaponiya Xarici İşlər naziri Motegi Toşimitsunun təbrik mesajı
2021/3/20

20 mart tarixində Yaponiyanın Xarici İşlər naziri Motegi Toşimitsu Novruz bayramını qeyd edən bütün dövlətlərə təbrik mesajı ilə müraciət etmişdir. Təbrik mesajını sizə təqdim edirik.
“Yaponiyada, eyni zamanda bütün dünyada Novruz bayramını qeyd edən insanları bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Yeni koronavirusun dünyada geniş yayılması səbəbindən insanların digər ölkələrə səfərləri və müxtəlif növ mübadilələrdə çətinliklər yaşansa da, sərt qışın ardınca mütləq isti və mülayim yaz, yeni gün gəlir. Yaponiya hökuməti olaraq, sizinlə əl-ələ verərək mütləq bu çətinliyin öhdəsindən gəlmək və bütün ölkələrlə əlaqələri daha da genişləndirmək niyyətindəyik.
Novruz bayramında yeni ilin sizinlə birgə əməkdaşlıqla ümid dolu bir il olacağına inanır, yeni növ koronavirusun yayılmasının tezliklə azalmasına ümid edir, hər birinizə can sağlığı və xoşbərxtlik arzu edirəm.”