Səfir Vada Cüniçinin Şamaxı rayonuna rəsmi səfəri

2021/4/9
gorus
sakura
7 aprel tarixində səfir Vada Cüniçi Şamaxı rayonuna səfər etmiş, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə nəzakət görüşündə olmuşdur. Görüş zamanı tərəflər qarşılıqlı mədəni mübadilə, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparmışlar.

Səfər zamanı Şamaxı Astrofizika Rəsədxanası, Dəmirçi kəndi, Şamaxı Safari Parkı, Cümə məscidi, Şahxəndan türbəsi də ziyarət olunmuş, iki ölkə arasında dostluq simvolu olaraq 2019-cu ildə Yaponiyadan bəxş olunmuş sakura ağaclarının yer aldığı parka da nəzər salınmışdır.