2022-ci il Yaponiya Dövlət Təqaüd Proqramları ilə bağlı BRİFİNQ
2021/4/27
Yaponiyanın Azərbaycandakı Səfirliyi hər il olduğu kimi bu il də Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna başlamışdır. Elan olunmuş 3 təhsil proqramı üzrə sənəd qəbulu 31 may, 2021-ci il tarixinədək davam edəcəkdir.
Bütün proqramlar məzmunu, müraciətçiyə olan şərtlər, seçim prosedurları, müraciət üçün lazım olan sənədlər haqqında ətraflı məlumat üçün hər proqramın üzərinə gələrək keçid ala bilərsiniz.
Yaponiya Səfirliyi tərəfindən qeyd olunan proqramlar üzrə BRİFİNQ keçiriləcəkdir.
Brifinq Zoom proqramı üzərindən online şəkildə keçiriləcəkdir. Daha sonra brifinqin video yazısının səfirliyin Facebook səhifəsində yerləşdirilməsi və ya digər vasitələrlə paylaşılması planlaşdırır.
Brifinqdə iştirak etmək istəyən şəxslərdən aşağıdakı məlumatları səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə göndərməkləri xahiş olunur:
Brifinqlə bağlı hər hansısa suallarınız olarsa, culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə yönləndirə bilərsiniz.

- 2022-ci il Elmi-tədqiqat (elmi-tədqiqatçı tələb, magistratura, doktorantura) üzrə Yaponiya Dövlət Təqaüd proqramı
- 2022-ci il Bakalavr üzrə Yaponiya Dövlət Təqaüd proqramı
- 2022-ci il Texnologiya Kolleci üzrə Yaponiya Dövlət Təqaüd proqramı
Yaponiya Səfirliyi tərəfindən qeyd olunan proqramlar üzrə BRİFİNQ keçiriləcəkdir.
- Elmi-tədqiqat proqramı üzrə brifinq:
- Səfirlik tərəfindən izahat: 14:30-15:30
- Sual-cavab: 15:30-16:00
- Bakalavr proqramı və Texnologiya kolleci proqramı üzrə brifinq:
- Səfirlik tərəfindən izahat: 14:30-15:30
- Sual-cavab: 15:30-16:00
Brifinq Zoom proqramı üzərindən online şəkildə keçiriləcəkdir. Daha sonra brifinqin video yazısının səfirliyin Facebook səhifəsində yerləşdirilməsi və ya digər vasitələrlə paylaşılması planlaşdırır.
Brifinqdə iştirak etmək istəyən şəxslərdən aşağıdakı məlumatları səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə göndərməkləri xahiş olunur:
- Müraciət etmək istədiyiniz proqramın adı (Elmi-tədqiqat / Bakalavr / Texnologiya kolleci)
- Ad və familiyanız
- Əlaqə nömrəniz
- Mailiniz (vacibdir, sizə ZOOM linki məhz buraya göndəriləcəkdir)
- Hər hansısa sualınız varsa, öncədən qeyd edə bilərsiniz.