Müharibə zonası olmuş ərazidə mina partlaması nəticəsində insan tələfatı

2021/6/7
Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata əsasən, müharibə baş vermiş ərazidə indiyədək təxmini 20 nəfərədək insan mina partlaması nəticəsində dünyasını dəyişmiş, dinc sakinlər və təhlükəsizliyə nəzarət edən hərbçilər daxil olmaqla indiyədək 100 nəfərdən çox insanın həlak olduğu və yaralandığı təsdiqlənmişdir. Bundan əlavə, 4 iyun tarixində Kəlbəcər rayonunun Suzuzluq kəndində media nümayəndələrinin mindiyi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində “AzTv” və “Azərtac” müxbirləri və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini daxil olmaqla 3 nəfərin həlak olması və 4 nəfərin yaralanması kimi kədərli xəbərindən məyus olmuşuq.  
 
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi olaraq, indiyədək mina partlaması nəticəsində həlak olmuşlara Allahdan rəhmət diləyir, yararlılıarın ən qısa zamanda sağlamlıqlarına qovuşması üçün dualarımızı çatdırır, sakinlərin təhlükəsiz və dinc yaşayışlarının ən qısa zamanda bərpa olunması və yenidənqurma işlərinin uğurla irəliləməsini ürəkdən arzu edirik.